Əsas Səhifə > Güney Press > Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildiDünən, 00:05 |
![]() Sosial Xidmətlər Agentliyinin tenderi ləğv edilib. "DİA-AZ" xəbər verir ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Zərdab rayonunda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı keçirilən tenderin ləğv olunub. Buna səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır. Bu tender üzrə ehtimal olunan qiymət 2 368 800 manatdır. Geri qayıt |