Əsas Səhifə > Güney Press > Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı

Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı


Dünən, 15:02
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Milli Observatoriya üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı keçirilən tenderin qalibi Alim Yusif oğlu Qiyasov (VÖEN – 1302620552) olub.
Milli Observatoriya Alim Qiyasova məxsus 2 691 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 1 milyon 168 min 968 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü aylıq icarə haqqı 48 min 707 manat olacaq. İcarəyə götürülən obyektin 1 kv. metrinin aylıq icarə haqqı 18 manat təşkil edəcək.
Onu da qeyd edək ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ildə də 2 034 kv. metr sahəsi olan inzibati binanın 12 aylıq icarəsi üçün Alim Qiyasova 347 min 814 manat (ayda 28 min 984 manat) ödəyib. İcarəyə götürülən obyektin 1 kv. metrinin aylıq icarə haqqı 14 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, nazirliyin tenderinin qalibi olan Alim Qiyasovun sahibkardır. Bakı şəhəri, Zərgərpalan küçəsi, ev 66 ünvanında yerləşən “Grand Hotel” mehmanxanasının da Alim Qiyasova məxsus olduğu bildirilir.

Geri qayıt