Əsas Səhifə > Güney Press > Bu maddələrin yalnız birində...

Bu maddələrin yalnız birində...


Dünən, 08:53
Bu maddələrin yalnız birində...
İşçilərin ödənişli əlavə məzuniyyətlərlə əlaqədar bu hüquqlarını bilməsi vacibdir. Bu hüquqla əlaqədar işçilər mütamadi olaraq müraciətlər edirlər. İşçilər bildirirlər ki, bəzi müəssisələrdə işçilərin115-ci (əməkşəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər) və 116-cı (əmək stajına görə əlavə məzuniyyətlər) olan əlavə məzuniyyət hüquqları olduqda, bu halda onların əsas ödənişli məzuniyyətlərinə 115 və 116-cı maddələrində olan əlavə məzuniyyətlər deyil, bu maddələrin yalnız birində göstərilən əlavə məzuniyyət günləri əlavə edilir.
Qeyd olunan ödənişli əlavə məzuniyyətlərin bu qaydada verlməsi AR Əmək Məcələsinin tələblərinə ziddir. Bildirirəm ki, qeyd olunan bu əmək münasibəti AR Əmək Məcəlləsinin 115, 116 və136-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarına əsasən aşağıdakı qaydada tənzimlənir:
Əmək Məcəlləsinin 115-ci maddəsi: Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
Əmək Məcəlləsinin 116-cı maddəsi: Əmək stajından asılı olaraq işçilərə: beş ildən on ilədək əmək stajı olduqda — 2 təqvim günü; on ildən on beş ilədək əmək stajı olduqda — 4 təqvim günü; on beş ildən çox əmək stajı olduqda — 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Əmək Məcəlləsinin 136-cı maddəsi:Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət, yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 İyun 2003 - cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 136-cı maddəsinin birinci hissəsinə müvafiq olaraq işçiyə əsas məzuniyyət yalnız bu Məcəllənin 115-ci maddəsində nəzərdə tutulan, əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə, habelə həmin Məcəllənin 116-cı maddəsində müəyyənləşdirilən əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir. Maddənin ikinci hissəsinə əsasən isəişçinin eyni vaxtda həm əmək şəraitinə,həm əmək funksiyasının xüsusiyyətlərinə, həm də əmək stajına görə.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyəti işçinin ödənişli məzuniyyətinə birləşdirilir.
AR-nınƏmək Məcəlləsinə və AR Konstitusiya Məhkəməsinin Məhkəməsinn qərarına əsasən,AR Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulan iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda, bu maddələrin ayrılıqda hər biri üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Bu isə o deməkdir ki, işçinin115 və 116-cımaddələr üzrə hüquqları yarandıqda, bu zaman hər 2 maddə üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Yalnız, bir maddə üzrə, məsələn, AR Əmək Məcəlləsinin 116-cı maddəsi üzrə: əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə 2 əlavə məzuniyyət hüququ olduqda, bir maddə üzrə əldə etdiyi daha çox müddətli bir əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir. Əmək Məcəlləsinin 115, 116-cı maddələri üzrə isə işçinin əlavə məzuniyyət hüququ olarsa, onun əsas məzuniyyətinə bu maddələrin hər birində nəzərdə tutulan
daha çox müddətli 1 əlavə məzuniyyətlər cəmlənərək birlikdə verilməlidir

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.shop)

Geri qayıt