Əsas Səhifə > Güney Press > 47 nəfər in qollarına qandal vuruldu

47 nəfər in qollarına qandal vuruldu


Dünən, 10:19
47 nəfər in qollarına qandal vuruldu
Fevralın 21-də ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

"DİA-AZ" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 50 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Geri qayıt