Əsas Səhifə > Güney Press > Baki qardan təmizlənir

Baki qardan təmizlənir


Bu gün, 11:12
Baki qardan təmizlənir
Artıq bir neçə gündür ki, paytaxt Bakı şəhərində şaxtalı-qarlı hava şəraiti və intensiv qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, eyni zamanda qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar. Bu barədə "DİA-AZ"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən xəbər verilib.
Dünəndən etibarən intensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib və bu işlər gün ərzində davam etdirilir. Qardan təmizləmə işləri ətraf qəsəbələrdə də aparılır.
Səhər saatlarından kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirillər.

Baki qardan təmizlənir
Baki qardan təmizlənir
Baki qardan təmizlənir
Baki qardan təmizlənir

Geri qayıt