Əsas Səhifə > Güney Press > Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilibBu gün, 17:35 |
![]() Bir müdddət əvvəl yayıma buraxılan “Mən burda tək olmuşam” ciddi skandala səbəb olacaq mövzuya toxunub. Bakupost.az xəbər verir ki, filmin ssenari müəllifləri Emil Quliyev, Nurlan Həsənli, Nicat Muxtarov, quruluşçu rejissoru isə Emil Quliyevdir. Baş rolları Azərbaycan tamaşaçısının yaxından tanıdığı aktyorlar Hikmət Rəhim, Azər Aydəmir, Arzu Abdulova və b. ifa edirlər. Filmdə bir ailənin faciəvi hekayəsindən bəhs olunur. İnşaat şirkətində satış meneceri olaraq çalışan Həsən (Hikmət Rəhimov) və arvadı Sevinc (Arzu Abdulova) uzun müddətdir ailə qursalar da, onların uşağı olmur. Həsən həkim müayinəsindən sonra sonsuz olduğunu öyrənir. Amma bu məlumatı həyat yoldaşından gizlədir. Bu məqamda anası ona çıxış yolu təklif edir. O, tanıdığı bir qadının türkəçarə ilə sonsuz ailələri övlad sahibi etdiyini deyir. Həsənin anası bildirir ki, hətta bir ailə 10 ildən sonra həmin qadının köməyi ilə övlad sahibi olub. Həsən əvvəlcə bunan inanmasa da, həyat yoldaşını da götürüb qadının yanına yollanır. Onları qəbul edən qadın xüsusi bir prosedur həyata keçirir. Bir müddət sonra qadın doğrudan da hamilə qalır. Ailə bu xəbərdən sevinsə də, Həsən şübhələr düşür: Əgər o doğuşdan sonsuzdursa, həyat yoldaşı necə hamilə qalıb? Şübhələr onu yenidən həkimə aparır. Bu dəfə həyat yoldaşı ilə deyil, dostu ilə. Həsənin araşdırmaları qorxunc bir sirrin üstünü açır. Məlum olur ki, türkəçarə ilə məşğul olan qadın yanına uşaq arzusu ilə gələn qadınları yatırdır və öz üç oğlundan bioloji ata kimi istifadə edir. Beləliklə, onun yanına gələn bütün qadınların dünyaya gətirdiyi uşaqlar əslində həmin üç qardaşın övladlarıdır. Bu həqiqəti öyrəndikdən sonra Həsən və dostu Samir şoka düşürlər. Həsən intiqam almaq qərarına gəlir. Qorxunc həqiqətlə üzləşən kişi qadının oğullarını bir-bir öldürməyə başlayır. Sonda isə həmin evi yandırır və qadının özünü də alovların içində məhv edir. Lakin bu hadisələr zamanı onun dostu ağır yaralanır və həyatını itirir. Kişi dostunu basdıraraq, bu kabus dolu yerdən uzaqlaşır. Lakin filmdə ən sarsıdıcı məqam sona saxlanılır: ekranın sonunda görünən “Bu film real hadisələr əsasında çəkilmişdir” yazısı tamaşaçını dərin sarsıntıya salır. “Mən burda tək olmuşam” sadəcə bir qorxu filmi və ya triller deyil. O, cəmiyyətin qaranlıq tərəflərini, insanın həqiqətləri gizlətmək üçün çəkdiyi əzabları və ailə institutunun həssaslığını açıq şəkildə göstərir. Film göstərir ki, bəzən insanlar xoşbəxt olmaq üçün həqiqətləri görməməzliyə vurur, lakin gizlədilən həqiqətlər daha qorxunc nəticələrə səbəb olur... Geri qayıt |