Əsas Səhifə > Güney Press > "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq"

"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq"


Dünən, 17:50
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq"
“Ermənistan Türkiyə-Azərbaycan tandeminə inteqrasiya kursu götürüb”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyan və ətrafının siyasi ritorikası göstərir ki, İrəvan regionda Türkiyə-Azərbaycan tandeminə mərhələli şəkildə inteqrasiya kursu götürüb. Bu, Aİ-nin də maraqlarına uyğundur. Orta Dəhliz və Rusiyadan yan keçən bütün kommunikasiyaların açılması Aİ-nin maraqları daxilindədir. Prosesin necə inkişaf edəcəyini görəcəyik. Yaxın Şərqdə qeyri-sabitlik və İran ətrafında qeyri-müəyyənlik, Ermənistanla Azərbaycan arasında yenidən gərginlik riski çətin ki, İrəvanla sülh müqaviləsinin bağlanmasını yaxınlaşdırsın. Bütün bunlar nəzərə alınmalıdır. Ermənistanın Rusiya ilə əlaqələrin daha da pisləşməsi istiqamətində kurs tutmas yersizdir. Bu, kifayət qədər ciddi nəticələrə gətirib çıxaracaq və müsbət heç nə vəd etməyəcək”, – Areşev vurğulayıb.

Geri qayıt