Əsas Səhifə > Güney Press > "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"Dünən, 18:15 |
![]() “Vay, yazıq qız evdə qaldı, bu nə fikirdir?” Yenicag.az xəbər verir ki, bu sözləri “Pərvizə görə” verilişində aparıcı Kamilə Babayeva deyib. O, ailə qurmayan insanlarla bağlı deyilən əks fikirlərə qarşı çıxıb: “Evlənməmək, yaxud da ərə getməmək “vay, yazıq qız evdə qaldı”. Bu, nə fikirdir? Hansı kitabda yazılıb ki, mən filan yaşa qədər evlənməliyəm, yaş keçir. Hara keçir? Və yaxud da evlən, heç olmasa, bir uşağın olsun, sənə baxar. Uşaq niyə mənə baxmalıdır axı. Onun öz həyatı olmamalıdır? O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın? Qızlarda kompleks yaradıblar. Yenə əvvəllər oğlanlarda 27 yaşa qədər idi, bu yaşı keçən kimi qohum-qonşu dilə gəlirdi. Qızlarda isə 20 yaş-keçən kimi başlayırdılar. İndi bilmirəm, necədir, amma əvvəl belə idi. O qədər ayaqları üstə duran xanımlar tanıyıram, ailə qurmayıblar. Niyə onlara “yazıq” möhürünü vurursunuz? Bəlkə bunu istəmirlər, öz halları ilə xoşbəxtdirlər? Bəlkə elə ailə qursalar, bədbəxt olacaqlar? Bəlkə onun başqa missiyası var?” Geri qayıt |