Əsas Səhifə > Güney Press > Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki...

Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki...


Bu gün, 09:17
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki...
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB- yi olaraq dəfələrlə qeyd etmişik ki, AR-nın Əmək Məcəlləsində - kifayət qədər problem, mübahisə yaradan maddi hüquq normaları vardır. Əlbəttə bir statusda bunu tam olaraq əhatə etmək çətindir. Bu statusda mən qısa da olsa bu problemlərdən bir neçəsini izah etməyə çalışacam.
1. İşçilərlə bağlanmış - Əmək müqaviləsinin ləğv edilməsi əsas, şərt və qaydaları Əmək Məcəllənin 68-76-cı maddələrilə tənzimlənir
2. AR-sı Əmək Məcəlləsinin 71, 72 və 76-cı maddələri istisna olmaqla, işçi ilə bağlanmış əmək müqaviləsi lşəgötürən tərəfdən 68 -76 -cı maddələri ilə nəzərdə tutulan qaydada ləğv edilə bilər.
3. Əmək Məcəlləsində: işçi ilə bu Məcəllədə nəzərdə tutulan qaydada-həm "əsasla", həm də "qayda" ilə əmək müqaviləsini ən azından 2 maddə ilə ləğv etmək olar. Bu da bir çox hallarda mənasız mübahisələri yaradır. Eyni zamanda, məsələn, əmək müqaviləsi 68 - ci maddənin 2-ci hissəsinin a) bəndi ilə ləğv edilərkən (a bəndi ilə tərəflərdən birinin təşəbbüsü), müıyyən etmək olmur ki, Əmək müqaviləsi hansı tərəfdən: işçi tərəfindən, yoxsa işəgötürən tərəfindən ləğv edilib. Bu halda Əmrə və Əmək kutabşasına əsasən eyni zamanda təyin etmək çətindir ki, işçi ilə bağlanmış Əmək müqaviləsi işçi tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsində və ya 70-ci maddə göstərilən qaydada işəgötürən tərəfindən olan hansı "əsasla" lığv edilib .
4. Eyni zamanda, məsələn, əmək müqaviləsi 68 - ci maddənin 2-ci hissəsinin a) bəndi ilə ləğv edilərkən(tərəflərdən birinin təşəbbüsü) bu həm də işçinin digər bur hüquqlarının da pozulması ilə nəticələnə bilər.İşçiyə ödənilən aylıq əmık haqqının və ya müavinətdən gəlir vergisinin tutulması. Belə ki, bu maddə həm də işəgötürən tərəfdən əmək müqaviləsinin ləğvi barədə əsas ola bildiyindən, işçinin bu Məcəllənin 70 -ci maddəsinin b) bəndinə əsasən (ştatların ixtisarı və işçilərin sayının azaldılması əsası) ona ödənilən müavinət və ya əmək haqqından gəlir vergisinintutulması ilə nəticələnsin.
5. Hesab edirəm ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişiklik edilməli, işçi ilə 2 maddə ilə deyil, hər bir əsas üzrə yalnız 1maddəilə Əmək müqaviləsi ləğv edilməlidir
6. Qeyd etdiyim halları Əmək Məcəlləsində olan aşağıdakı bu və ya digər maddi hüquq normaları da təsdiq edir, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi həm 69-cu, həm də digər maddələr ilə də tənzim edilir:
AR-nın Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
a) tərəflərdən birinin təşəbbüsü-həm də eyni əsaslarla AR-sı Əmək Məcəlləsinin 69 və 70-ci maddələri ilə tənzimlənir.
b) Əmək müqaviləsi müddətinin qurtarması -həm də Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir
d) tərəflərin iradəsindən asılı olmayan hallar-
həm də Əmək Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar-həm də AR Əmək Məcəlləsinin 75-ci maddəsi və sair ilə tənzimlənir və sair.
7. Eynu təkrarlar və ya mübahisələr yaradan hallar bu Məcəllənin 68-76-cı maddələri və digər maddələrində də mövcuddur.
Bir daha təkrar edirəm ki, qəbul olunduğu gündən keçən 26 il müddətinə olan zaman sübut etdi ki, Əmək Məcəlləsinin kosmetik dəyişikliklər deyil, yeni mövcud şəraitə və əmək münasibətlərinə uyğun yeni Əmək Məcəlləsi işlənib hazırlanmasına ehtiyac vardır. Əlbəttə ki, əmək münasibətlərinin hər iki tərəfinin hüquq və mənafelərini nəzərə almaqıa.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.shop)

Geri qayıt