Əsas Səhifə > Güney Press > Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaqBu gün, 16:30 |
Fevralın 26-dan başlayaraq hava şəraiti pisləşəcək. Milli Hidrometeorologiya Xidmətindən "DİA-AZ"a verilən xəbərə görə, fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq. Geri qayıt |