Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Elektriklə 103 balıq tutan dostlar həbs edildi
Elektriklə 103 balıq tutan dostlar həbs edildiBu gün, 12:46 |
![]() Göygöl rayonu, Haça Qaya kəndində “Qoşqarçay”dan elektrik cərəyanı ilə balıq tutan şəxslər məhkəmə zalında həbs ediliblər. Musavat.com xəbər verir ki, iki nəfər ümumilikdə bir ədədinin qiyməti 33 manat olan 103 ədəd “Şirbit” balığını elektrik cərəyanı verməklə tutublar. Onlar balıqları tutarkən polis əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. 1975-ci il təvəllüdlü Elşən və 1985-ci il təvəllüdlü Rəşad əməllərindən peşman olduqlarını deyiblər. Məhkəmədə dindirilən zaman balıqları özləri bişirmək üçün tutduqlarını deyiblər. Dəymiş zərəri ödəmək üçün isə imkanlarının olmadığını bildiriblər. Məlum olub ki, hər iki şəxs daha əvvəl məhkumluq həyatı yaşayıb. Məhkəmə təqsirləndirilən şəxslərin daha əvvəl ağır cinayət törətməsini, zərərin ödənilməməsini nəzərə alaraq onlar barəsində sərt qərar çıxarıb. Hökmə əsasən 1975-ci il təvəllüdlü Elşən A. 2 i, 1985-ci il təvəllüdlü Rəşad Q. isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs ediliblər. Geri qayıt |