Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Əsas Səhifə > Güney Press > Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib

Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib


Bu gün, 12:58
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Xocalı faciəsinin 33-cü ildönümü respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da dərin hüznlə qeyd olunur.
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan xocalı sakinləri ilə görüş keçirilib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, 17  Xocalı ailəsinin üzvü və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin, eləcə də Xocalı soyqırmı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib, respublika prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Arzu və Leyla Əliyevalar ilə birlikdə Xocalıya səfərindən, Xocalı şəhərinin Ballıca kənd sakinləri ilə görüşündən, ölkə rəhbərinin Xocalı şəhərində Xocalı Momerial Abidə Kompleksinin yaradılması ilə bağlı imzaladığı sərəncamdan söhbət açıb.
Qeyd olunub ki, cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı.
“Qisas qiyamətə qalmadı”-Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərin, eləcə də xocalıların qisası alındı.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov Xocalı soyqrımı ilə bağlı məruzə edib.
Tədbirdə rayon rəhbərliyi Xocalıdan olan ailələrin problem və qayğıları ilə maraqlanıb.
Görüşdə Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib.
Xocalılar göstərilən diqqət və qayğıya görə  Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevayaya öz minnətdarlıqlarını bildiriblər.

"DİA-AZ"

Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib

Geri qayıt