Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq
Əsas Səhifə > Güney Press > USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq

USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq


Bu gün, 11:48
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq
ABŞ Prezidenti Donald Trampın beynəlxalq yardımı dondurmaq qərarı Şərqi Avropada vətəndaş cəmiyyəti qruplarının maliyyəsini kəsəcək, demokratik təşəbbüsləri sarsıdacaq və Rusiyaya regionda təsirini artırmaq imkanı yaradacaq.

Reyting.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etməsi - mövcud xarici yardımların əksəriyyətini nəzərdən keçirənə qədər 90 gün müddətinə dayandırmaq və demək olar ki, bütün işçilərini ödənişli məzuniyyətə buraxmaq - dünyada davam edən humanitar və inkişaf layihələrinə təsir göstərir.

Təsir xüsusilə ABŞ-nın 2023-cü ildə 17,2 milyard dollarlıq yardım vəd etdiyi Avropada hiss olunacaq ki, bunun da əsas payı Rusiya ilə həmsərhəd olan Şərqi Avropa ölkələrinə çatacaq.

Agentliyin ümumi yardım öhdəliklərinin 40 faizinə bərabər olan pul demokratik islahatlardan tutmuş enerji infrastrukturuna və xəstəliklərin qarşısının alınmasına qədər müxtəlif layihələri maliyyələşdirmək üçün istifadə olunur.

Analitiklər xəbərdarlıq edirlər ki, Rusiyanın kölgəsinin getdikcə göründüyü Ermənistan, Gürcüstan və Ukrayna kimi ölkələr üçün Vaşinqtondan gələn yardımın kəsilməsi Moskvanı və etibarsız Qərb tərəfdaşları haqqında təsəvvürləri gücləndirəcək.

Ermənistanda müstəqil beyin mərkəzi olan Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan deyib:

“Bu addım ABŞ-a və demokratiyaya inamı sarsıdır. Bu, həm də o deməkdir ki, ABŞ Rusiyanın rəvayətlərinə qarşı çıxa biləcək yumşaq gücə etinasız yanaşır. Nəhayət, USAID-in vəsaitlərinin dondurulması yalnız avtoritar hökumətləri sevindirir”.

Avropa Siyasət Araşdırmaları Mərkəzinin elmi işçisi Tinatin Axvlediani qeyd edib ki, xarici maliyyə itkisi yalnız onun zərərli təsirini artıracaq.

“Kreml bu ölkələrin tək olduğu, Qərbin onlardan əl çəkdiyi, ABŞ və Qərb ölkələrinin güclü müttəfiq olmadığı təəssüratı yaratmağa davam edəcək”, - ekspert izah edib.

Avropa İttifaqı (Aİ) artıq regiona əsas yardım təminatçısıdır. 2023-cü ildə blokun üzvü olan ölkələr Şərq Tərəfdaşlığının altı ölkəsinə - Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova, Belarus və Ermənistana ikitərəfli qaydada və ya Aİ institutları vasitəsilə 19,6 milyard avro ayırıblar.

Lakin Amerikanın maliyyəsini əvəz etmək üçün son illərdə Avropanın təsirinin zəiflədiyi bölgədə milyonlarla insanı səfərbər etmək lazımdır.

Brüsselin regionun əksər ölkələrinə (Ukrayna və Moldova istisna olmaqla) inkişaf yardımı 2019-2023-cü illər arasında azalıb.

Geri qayıt