Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Əsas Səhifə > Güney Press > Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib

Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib


Dünən, 17:54
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

APA xəbər verir ki, iclasda "Eurosel" MMC və "Sveet TV Group AZ" MMC-nin fəaliyyət göstərmədiklərinə görə onlara verilmiş universal platforma operatoru lisenziyalarının ləğv olunması ilə bağlı Audiovizual Şuraya müraciətlərinə baxılıb.

Qəbul olunmuş qərarlara əsasən hər iki operatorun lisenziyası ləğv olunub.

Həmçinin iclasda "Aznet Technologies" QSC-nin özünün ikinci operator xidmətinə ("Araznet" xidmət adı ilə) universal platforma operatoru lisenziyasının verilməsi üçün Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirələrdən sonra "Aznet Technologies" QSC-yə (xidmət adı "Araznet" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi haqqında müvafiq qərar qəbul olunub.

Geri qayıt