Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər
Əsas Səhifə > Güney Press, Partiya > Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər

Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər


Bu gün, 10:37
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər
“Trampın liderlik etdiyi yeni ABŞ administrasiyası Çini əsas rəqib görür. Amma nəzərdən qaçırmaq lazım deyil ki, Pekinə ən ciddi rəqiblərdən biri də Hindistandır. Son vaxtlar Dehli hərbi-siyasi və iqtisadi baxımdan güclənir. Yəni Hindistanın da qlobal güc kimi ortaya çıxmaq şansı var”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Çin və ABŞ arasında başlayan kəskin qlobal rəqabət və onun dünya üçün mümkün nəticələrindən danışarkən deyib.

S. Cəlaloğlu bildirib ki, əslində, belə inkişaf Çinin potensialı və özü ilə bağlı deyil, bu ölkədə ucuz işçi qüvvəsi olduğuna görədir:

“Dünya şirkətəri, dövlətlər və investorlar bu ölkəyə nəhəng pullar qoyub. Bu vəsaitlər çəkiləcəyi təqdirdə Çin iqtisadi baxımdan geriləyə bilər. Yəni Çində ucuz işçi qüvvəsi, münasib taariflər və qoyulan kapital bu ölkəni gücləndirib. Lakin “Böhranlar qanunu”na görə, maksimal iqtisadi inkişafdan sonra böhran başlayır və ölkənin iqtisadiyyatı nə qədər nəhəngdirsə, böhran da bir o qədər ağır olur. Həm də bu problemi həll etmək asan başa gəlmir”.

ADP sədrinin proqnozuna görə, Çin nəhəng iqtisadi inkişaf sferası fonunda müəyyən iqtisadi böhranlarla üzləşəcək, necə ki ABŞ-da maliyyə-kredit, bəzi ölkələrdə istehsal, bəzilərində isə istehlak böhranları müşahidə edilib: “Çində daha çox istehsal böhranının yaranacağı proqnozlaşdırılır. Son vaxtlar Çin məhsullarına diqqət azalıb. Çin mallarının ziyanlı və keyfiyyətsiz olması Çində istehsal böhranına səbəb ola bilər. Çin eyni zamanda Çin-Sakit okean regionunda paylayıcı mərkəzlərdən biridir. Xüsusilə, ağac və mineral məhsullar buradan toplanıb dünyaya yayılır. Bu da Çinə əlavə üstünlük verir”.

S. Cəlaloğlu qeyd edib ki, ABŞ-nın strateji baxışlarında bu ölkəyə gah Çin, gah da Rusiya əsas rəqib göstərilir: “Amma heç kəs deyə bilməz ki, sabah Türkiyə ABŞ-nın əsas rəqibləri siyahısında olmayacaq. Çünki Türkiyə son illər həm hərbi-siyasi, həm iqtisadi, həm də siyasi-diplomatik baxımdan güclənir. Dünya silah bazarında bir sıra ölkələri sıxışdıran Türkiyə hazırda silah ixracı üzrə dünyada ilk beşliyə daxildir. Eyni zamanda Türkiyə arxasına bir neçə türk və bir neçə müsəlman dövlətini ala bilib. Nəhayət hər kəs görür ki, indi qlobal siyasətdə Türkiyəsiz ötüşmək mümkün deyil. İstər Rusiya-Amerika, istər Rusiya-Ukrayna danışıqları, istərsə də Avropa İttifaqı-Rusiya münasibətlərində. Müsəlman-xristian dünyasının əlaqələrində də Türkiyə aparıcı rol alıb. Bu da Ərdoğanın hakimiyyəti dövründə qardaş Türkiyənin ən ciddi avatajlarından biridir və çox səmərəli sürətdə bundan istifadə edilir. Odur ki, sabah önə çıxan, inkişaf edən istənilən bir ölkə ABŞ və ya Çinin rəqibi ola bilər”.

ADP sədri əlavə edib ki, indi dünyada güclü dövlətlər arasında ciddi rəqabət gedir və bu prosesin başa çatmasını söyləmək doğru deyil. Çünki qlobal güclər arasında razılaşma yoxdur.

Geri qayıt