Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıbDünən, 18:17 |
![]() “ABŞ prezidenti Donald Tramp əvvəlcə bəyan edirdi ki, əgər prezident olsaydı Rusiya-Ukrayna müharibəsi başlamazdı. Daha sonra elan etdi ki, prezident seçilərsə müharibəni 24 saat ərzində dayandıracaq. Faktiki olaraq ABŞ prezidenti hazırda özünü super danışıqlar aparan şəxs kimi təqdim edir. Amma təqdimat başqa, real vəziyyət isə tam başqadır. İndi dünya ABŞ prezidentinin dedikləri ilə yanaşı real vəziyyəti də müşahidə edir”. Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib. A. İsazadə qeyd edib ki, D. Tramp hətta Amerikadan asılı olan, hazırda müharibə aparan və əraziləri işğal olunmuş Ukraynanı da razı sala bilmir. Onun sözlərinə görə, ABŞ prezidentinin Rusiyanı sülhə razı salması qeyri-müəyyəndir: “Rusiya rəsmiləri açıq deyirlər ki, məqsədlərinə çatana qədər hərbi əməliyyatlar davam edəcək. Yəni bizim gördüyümüz odur ki, Donald Tramp nə Rusiyanı, nə də Ukraynanı razı sala bilib”. Müsahibimiz əlavə edib ki, D. Trampın iki yolu qalır: “Birincisi, ABŞ prezidenti baş verən uğursuzluğu Ukrayna prezidenti Zelenskinin üzərinə atır, onun sülh prosesini pozduğunu bildirərək “səbəbkarı” göstərir. İkincisi, prezident Tramp yenidən sülh danışıqlarına cəhd edir, hər iki tərəflə danışıqlar aparır”. Geri qayıt |