Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Səs yazısı yayılan direktor işdən çıxarıldı
Səs yazısı yayılan direktor işdən çıxarıldıDünən, 21:18 |
![]() Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən bildirilib. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. Xatırladaq ki, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bütün bunlar yayılan səs yazısında əks olunub. Geri qayıt |