Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənirBu gün, 00:23 |
![]() ABŞ administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğvi planlarını öyrənir. “Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Ağ Ev Dövlət Departamenti və Maliyyə Nazirliyindən məhdudiyyətlərin yumşaldılması variantlarını hazırlamağı xahiş edib. Bu addım ABŞ rəsmilərinə diplomatik və iqtisadi münasibətlərin yaxşılaşdırılması üçün Moskva ilə danışıqların bir hissəsi kimi yaxın günlərdə Rusiya rəsmiləri ilə bunu müzakirə etməyə imkan vermək məqsədi daşıyır. Mənbələrin bildirdiyinə görə, qurumlar bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı iş adamlarına qarşı sanksiyaların ləğvi ilə bağlı təklif hazırlayır. Lakin sanksiyaları dərhal yumşaltmaq olmaz. Bundan əlavə, Vaşinqtonun bunun müqabilində nə tələb edə biləcəyi bəlli deyil. Geri qayıt |