Əsas Səhifə > Güney Press > Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi
Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdiBu gün, 11:05 |
![]() Ermənistan Baş naziri Nikol Paşinyan aidiyyəti qurumlara Rusiya ilə münasibətləri tənzimləmək barədə göstəriş verib. Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb. “Dövlət qurumlarına – parlament, Xarici İşlər Nazirliyi, bütün digər nazirliklər və Rusiya ilə bağlı hər hansı funksiyası olan digər qurumlara rusiyalı tərəfdaşlarla əlaqələri maksimum dərəcədə aktivləşdirmək tapşırılıb. Aidiyyəti strukturlara tapşırılıb ki, Rusiya ilə bağlı bütün sessiyalarda fəal iştirak etsinlər, ezamiyyətlərə və görüşlərə təşəbbüs göstərsinlər, bir sözlə, münasibətləri normallaşdırsınlar. Belə bir tapşırığa nəyin sövq etdiyini söyləmək çətindir, amma hökumətdə pərdəarxası söz-söhbətlər dolaşır ki, hakimiyyət xarici siyasət cəbhəsində kəskin dönüşlərin həm siyasi, həm də iqtisadi baxımdan yaxşı heç nəyə gətirib çıxarmayacağını anlayıb”, - məlumatda deyilir. Geri qayıt |