Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > İran danışıqlardan imtina etdi
İran danışıqlardan imtina etdiDünən, 17:23 |
![]() ABŞ-nin maksimum təzyiq siyasəti İran üçün problemlər yaradır, amma İran xalqı Vaşinqtonda danışıqlar zamanı Ukraynanın yaşadığı rüsvayçılığın şahidi olmağa hazır deyil. Teleqraf xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani deyib. “Danışıqlar xoş niyyətin təzahürüdür və “maksimum təzyiq” bizim üzərimizdə artıq sınaqdan keçirilib. Bəli, bu, bizi narahat edir, amma biz Ukrayna xalqının öz prezidentinə (Volodimir Zelenski) qarşı yaşadığı təhqirin şahidi olmağa hazır deyilik”, - Mohacerani ABŞ ilə vasitəçilər vasitəsilə danışıqların mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvar ayında İrana maksimum təzyiq siyasətini bərpa edən fərman imzalayıb. Artıq bu çərçivədə İranın bir sıra neft müəssisələri və bu ölkənin neft daşınmalarında iştirak edən gəmilərinə qarşı sanksiyalar tətbiq olunub. Geri qayıt |