Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > “Öz dili qaydasında olmayanlar, millətə dil dərsi verməyə çalışır”
“Öz dili qaydasında olmayanlar, millətə dil dərsi verməyə çalışır”23-03-2025, 11:43 |
![]() Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimindəki çıxışında Azərbaycan yazıçılarını dil imtahanından keçməyə çağırıb. Lakin DİM sədrinin bu çağırışı hən yazıçılar, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunu DİM-in yazıçılara etimadsızlığı, oların dil biliyini müəyyənləşdirmək cəhdi kimi dəyərləndirib. Moderator.az olaraq dilçi alim, akademik Nizami Cəfərovla söhbətimizdə bu məsələyə aydınlıq gətirməyə çalışdıq. -Nizami müəllim, DİM-in dil imtahanı ilə bağlı məlum çağırışını necə qiymətləndirirsiniz? Ümumiyyətlə, necə oldu ki, bu məsələ meydana çıxdı? -DİM bugünlərdə çox böyük bir layihəyə imza atdı. Bu layihə uzun müddət idi ki, hazırlanırdı. Məqsəd də ondan ibarətdir ki, Azərbaycan dili imtahanının DİM sistemi korpusu yaradılsın ki, ölkəmizə gələn, burada oxuyan və ya işləyən xaricilərin Azərbaycan dilini mənimsəmək dərəcəsi müəyyən edilsin. Çünki Azərbaycana gələn, burada işləyən, oxuyan xaricilərlə bağlı həm diplomatik, həm də elmi baxımdan belə bir imtahanın keçirilməsinə ehtiyac var. Ümummilli liderimiz də demişdi ki, Azərbaycanın imkanları yüksəldikdə, bütün dünyadan ölkəmizə müraciətlər olacaq, insanlar ölkəmizə axışacaq. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə böyük qələbə ilə başa çatdılğı üçün bu axın bir az da güclənib. Azərbaycanın Müzəffər Ali Baş Komandanı ölkəmiz və türk dünyası ilə bağlı açıqlamalarında Azərbaycanın beynəlxalq miqyasda, türk dünyası miqyasında nüfuz sahibi olduğunu qeyd edib. Bu, sadəcə bir dövlət başçısının sözü deyil, bu, həm də tarixi bir həqiqətdir. Buna görə DİM də mövcud reallıqları nəzərə alaraq Azərbaycan dilində imtahan keçirmək, sertifikat almaq üçün korpus hazırlayıb. Bugünlərdə iki akademik-dilçi – Kamal Abdulla və mən bu təqdimat mərasimində iştirak elədik. DİM-in Rəyasət Heyətinin sədri hörmətli Məleykə Ababszadə də bütün bu detalları tədbirdə izah etdi. Biz də öz fikrimizi söylədik. -Deməli, dil imtahanının keçirilməsi bəzilərinin iddia etdiyi kimi “birdən-birə” meydana çıxmayıb? -Xeyr! Bu, bir neçə il bundan əvvəl başlanmış və DİM mütəxəssislərinin, eləcə də bizim görkəmli dilçilərin iştirakı ilə hazırlanmış layihədir. Hörmətli Məleykə xanım çıxışında yaxşı bir təklif verdi. Bildirdi ki, biz Azərbaycan dilindən imtahan götürməklə yanaşı, elə etməliyik ki, bu imtahan bizim dili bilənlərimizin, yazıçılarımızın, ziyalılarımızın nəzarəti altında olsun. Məleykə xanım bildirdi ki, gəlin belə bir eksperiment edək. İlkin olaraq müxtəlif təbəqələrdən olan, rus və Azərbaycan bölməsini oxuyan, heç vaxt Azərbaycanda olmayan və sonradan ölkəmizə gələn görkəmli ziyalılarımız, onların bir hissəsi bu imtahanda onlayn iştirak etsin. Və onlara təqdim edilən suallara cavab versinlər. Bununla da məyyən edək ki, bizim təqdim etdiyimiz suallar, dil barəsində etdiyimiz texniki təqdimatlarımız görkəmli ziyalıların verəcəyi cavablarda necə əks olunur. Yəni biz həm xaricilərdən imtahan götrməliyik, həm də öz daxilimizdəki Azərbaycan dilini yüksək səviyyədə bilən insanlara imtahan verməliyik. Ona görə də bizim imtahanda yazıçıların, elm adamlarının, ziyalıların iştirakı gözəl olar. Yəni təklif ondan ibarət idi ki, bizim dilçi, ədəbiyyatşünas aspirantlar, deputatlar, digər şəxslər bu imtahanda iştirak etsinlər. Bununla da müəyyən edək ki, bizim suallarımız nə dərəcədə düzgün qoyulub. Buna uyğun olaraq da, xaricilərə yaxşı bir imtahan modeli təqdim edək. -Yəni məqsəd yazıçılarımızın dil biliyini müəyyən etmək olmayıb? -Əlbəttə ki, yox! İndi bəzi yazıçılarımız, özlərinin dilləri qaydasında olmayan, amma millətə dil dərsi vermək fikrinə düşən bəzi adamlar Məleykə xanımın bu sözünü anlamadan sözügedən təklifə qarşı çıxırlar. Guya Azərbaycan yazıçılarından imtahan götürülür. Bu, belə deyil. Azərbaycan yazıçılarından heç vaxt imtahan götürülməyəcək. Çünki Azərbaycan yazıçıları o imtahanı illərlə veriblər və onların böyük hissəsi bu imtahandan müvəffəq qiymət almayıb. O proses artıq bitib. Sadəcə DİM yazıçılardan xahiş edir ki, bu imtahanlarda iştirak eləsinlər, xaricilərə bu imtahanı hansı modeldə, hansı suallarla, hansı mətnlərlə verməyin daha məqsədəuyğun olduğunu məyyənləşdirməyə köməklik göstərsinlər. Məqsəd odur ki, xaricilərdən imtahan götürəndə, onlara qiymət verəndə obyektiv olduğumuzdan əmin olaq. Mahiyyət bundan ibarətdir. Geri qayıt |