Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Aktyor Möylə Mirzəliyevin qızından SON DURUM AÇIQLAMASI
Əsas Səhifə > Güney Press > Aktyor Möylə Mirzəliyevin qızından SON DURUM AÇIQLAMASI

Aktyor Möylə Mirzəliyevin qızından SON DURUM AÇIQLAMASI


23-03-2025, 12:08
Aktyor Möylə Mirzəliyevin qızından SON DURUM AÇIQLAMASI
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti stabil-ağır olaraq qalır.

Bu sözləri Teleqraf-a aktyorun qızı Leyla Rəhimli məlumat verib.

"Atamın səhhətində irəliləyiş yoxdur. Dünən səhhəti yenidən pisləşmişdi. Ağ ciyərinə su yığıldığına görə rahat nəfəs ala bilmir. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir", - deyə L.Rəhimli deyib.

Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.

Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Geri qayıt