Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır
Əsas Səhifə > Güney Press > Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır

Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır


Dünən, 08:44
Azərbaycanda bu şirkətin əməkdaşları işdən çıxarılır
"Bakı Dəmir Beton-8" ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 25-nə təyin olunub.

Səhmdarların ümumi yığıncağının gündəliyi:

1. "Bakı Dəmir Beton-8" ASC-nin illik hesabatının, maliyyə hesabatının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.

2. "Bakı Dəmir Beton-8" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılması. Cəmiyyətin fəaliyyətinin müvəqqəti dayandırılması barədə arayışın Dövlət Vergi Xidmətinə təqdim edilməsi.

3. "Bakı Dəmir Beton-8" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq cəmiyyətin bütün işçiləri ilə olan əmək müqavilələrinə xitam verilməsi, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təftiş komissiyasının (müfəttişinin) icra orqanının (direktorunun) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

Qeyd edək ki, “Bakı Dəmir-Beton 8” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 959 664 manatdır və qanuni təmsilçisi Ənvər Nağıyevdir.

Geri qayıt