Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib
Əsas Səhifə > Güney Press > Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib

Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib


Bu gün, 11:51
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib
Ermənistan Baş naziri Nikol Paşinyan “Şuşanın geri alınması” (yenidən işğalı – red.) barədə danışmamaq barədə hökumət üzvlərinə göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Erməni nəşri bildirir ki, artıq ikinci ildir Paşinyan İkinci Dünya müharibəsinə həsr etdiyi 9 may müraciətində Şuşanın adını çəkmir. Qeyd edək ki, Şuşa 1992-ci il mayın 9-da Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanda həmin gün “Şuşanın azadlığı günü” kimi qeyd olunur.

“Hraparak” yazır ki, Ermənistan baş naziri bunu ləğv etmək niyyətindədir:

“Paşinyan sonuncu dəfə 2023-cü ildə bu barədə danışmışdı. O zaman da 44 günlük müharibədən, Azərbaycanın Şuşanı geri almasından bəhs etmişdi. Bu ilki mesajda Qarabağ və Şuşa haqda bir kəlmə də söz olmadı. Əldə etdiyimiz məlumata görə, bütün dövlət məmurlarına, o cümlədən regional hökumət rəhbərlərinə mesajlarında “Şuşanın geri alınması” ifadəsinin yersiz olması barədə yüksək səviyyədə təlimat verib”.

Dünən Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan da Şuşa ilə bağlı erməni jurnalistlərin təxribatçı sualını manipulyasiya adlandıraraq, cavablandırmaqdan imtina etmişdi.

Xatırladaq ki, Şuşa 1992-ci il mayın 9-da Ermənistan tərəfindən işğal olunmuşdu. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla həmin gün Azərbaycanda İkinci Qarabağ müharibəsində qələbənin şərəfinə Zəfər Günü olaraq qeyd edilir.

Geri qayıt