Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri...
Əsas Səhifə > Güney Press > Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri...

Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri...


Bu gün, 12:43
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri...
Bakının Səbail rayonunda gecə klubundan çıxan iki qadın əcnəbi vətəndaşlarla mübahisə edib, onlardan biri xuliqanlıqda təqsirli bilinib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hər iki qadın rayon ərazisində olan gecə klublarından birində iki əcnəbi vətəndaşla tanış olublar.

Əcnəbilər qadınlarla yeyib-içib əyləniblər. Lakin vəd etdikləri pulu verməyiblər.

Qadınlar gecə klubunun qarşısında əcnəbi vətəndaşlarla mübahisə ediblər. Qadınlardan biri, Lənkəran rayon sakinin, 1997-ci il təvəllüdlü Vüsalə Rəfiyeva (ad-soyad şərti verilib – red.) səs-küy salıb.

Məsələni həll etmək üçün polis əməkdaşları onları 39-cu bölməsinə dəvət ediblər. Amma Vüsalə səs-küy salıb, əcnəbilərə münasibətdə əsəbi şəkildə nalayiq ifadələr işlədib.

Vüsalənin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Vüsalə 200 manat məbləğində cərimə edilib.

Geri qayıt