Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Əmək mübahisələri...
Əmək mübahisələri...Bu gün, 08:17 |
![]() Bu mübahisələr nədən əksər hallarda sonda, məhkəmə predmetinin baxışı ilə nəticələnir? Əmək Məcəlləsinə və digər qanunvericiliyə əsasən, əmək mübahisələrinun Məhkəməyə qədər həlli üçün10-a yaxın müxtəlif yollar və qurumlar vardır. Nədən əmək mübahisələri: bu qurumlarda və ya mərhələlərdə öz həllini tapmır, son nəticə kimi isə məhkəmələrə qədər gedib çıxır? Əmək mübahisəsinin nədən ilkin mərhələdə həll olunmadığını,eyni zamanda həll olunmalı olan bu qurumları göstərməklə izah etməyə çalışacam: 1. Əmək mübahisələrinin ilkin mərhələdə həll olunmamasının əsas səbəblərindən biri və ya başlıca səbəbi: mübahisə tərəfləri olan İşəgötürən və İşçinin birbaşa olaraq özləri tərəfindən bu barədə olan mübahisənin öz aralarında müzakirə olunub və qərar qəbul etməməsidir. Əksər hallarda bu əmək mübahisələrinə İşəgötürənin digər vəzifəli şəxsləri tərəfindən baxılır. Əksər hallarda bir çox vəzifəli şəxslər bu mübahisələrə formal olaraq baxır. Problemi bilmir və ya bilmək istəmir, problemə qərəzli baxır, bir çox hallarda isə asan həll olunası mübahisənin daha da artması üçün qızışdırıcı hərəkətlər edir, qərəzli olur və ya işəgötürənə yalan məlumatlar verir. İşəgötürəndən fərqli olaraq həmin digər vəzifəli şəxslər bir çox hallarda müəyyən maraqları hesabına yaranan əmək mübahisənin həll olunmasında maraqlı olmurlar. 2. Halbuki, əmək mübahisəsinin ən yaxşı və hər 2 tərəfə sərf edən yolu: İşəgötürən və İşçinin yaranmış olan bu mübahisəni birbaşa olaraq öz aralarında müzakirə edib, qərar qəbul etmələridir. Bu hallarda da bir çox əmək mübahisələri barədə olan problemlər ilkin mərhələdə öz həllini tapar. 3. İşçinin hər bir müraciətinə: "nədən və ya niyə məndən şikayət edir" ki, kimi qərəzli olaraq baxmamaq. İlkin olaraq da, hər bir müraciət şikayət deyil. Yaddan çıxarmaq olmaz ki, yalnız İşəgötürənin cavabı - İşçiləri qane etməzsə, bu zaman tərəflər arasında fərdi əmək mübahisəsi yaranır. Bu əsasdan müraciətə baxıb, ədalətli həll etmək və ya qərar qəbul etmək daha düzgün yol olar. 4. Əmək mübahisələri ilkin olaraq, əmək kollektivini və işçilərin mənafeyini müdafiə etməli olan, əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən Həmkarlar Təşkilatı ilə - işəgötürən arasında da müzakirə olunmaqla da həll edilə bilər. Həm İşəgötürən, həm də Həmkarlar təşkilatları əmək mübahisəsinin ilkin mərhələdə həll edilməsi üçün maraqlı olmalıdırlar. 5. Əmək mübahisələri ilkin olaraq, Kollektiv müqavilələrdə nəzərdə tutulmuş bu hallarda müəssisələrdə Həmkarlar ittifaqları təşkilatının nəzdində ysradılmış: "Fərdi əmək mübahisələrinə" məhkəməyə qədər baxan orqanda da baxılıb həll edilə bilər. Təəssüf ki, Əmək Məcəlləsində olan qanun da əksər hallarda tədbiq olunmur. 6. Praktikada demək olar ki, ümumiyyətlə tədbiq olunmayan, lakin Əmək Məcəlləsində nəzərdə tutulan və Kollektiv əmək mübahisəsinin həll edilməsi üçün aşağıdakı barışdırıcı üsullardan istifadə da oluna bilər: Razılaşdırıcı komissiyadan; vasitəçilərdən; əmək arbitrajından. Çox təəssüf ki, Əmək Məcəlləsində olan qanun da əksər hallarda tədbiq olunmur. 7. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən və ya keçirməli olan - Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu barədə qəbul olunmuş müvafiq qərarları əsasında. Bu qurum tərəfindən də ədalətli və qanuni qərar qəbul edilərsə, bir çox hallarda əmək mübahisəsinin məhkəməyə getməsinin qarşısını alar. 8. Fərdi əmək mübahisələrinə - Mediasiya təşkilatında baxılmaqla mübahisənin barışıq yoluilə həll edilməsi də, əmək mübahisəsinin məhkəməyə getməsinin qarşısını almış olar. 9. Ən nəhayət, əmək mübahisələrinin İddia ərizəsi yazmaqla məhkəmə müstəvisində baxılması, qərar qəbul edilməsi və məcburi icra edilməsi. Fikrimcə, əvvəlki qurum və təşkilatlarda əmək mübahisələrinin həll edilməsi daha düzgündür, çünki mübahisənin sülh yolu ilə həll edilməsi daha yaxşıdır, məcburi məhkəmə qərarından fərqli olaraq burada mübahisənin digər tərəfi özünü uduzmuş kimi hesab etmir. 10. Aidiyyəti olarsa, inzibati və ya cinayət tərkibi varsa hüquq mühafizə orqanlarının müvafiq qərarı ilə. 11. Əmək mübahisələrində məhkəmə qərarının - digər qərarlardan fərqli olaraq, özünə məxsus bir xüsusiyyəti də var. Belə ki, məsələn, işçi məhkəmə qərarı ilə işə bərpa olduğu halda belə, tərəflər arasında əmək münasibətləri bir yerdə və müəssisədə davam edir, bu isə əksər hallarda tərəflərin bir birinə qarşı münasibətlərdə bu və ya digər formada digər əmək mübahisələrinin davam etməsi üçün zəmin yaradır. 12. Son olaraq bir daha bu barədə qeyd etmək istəyirəm ki, fərdi və ya kollektiv əmək mübahisələrinin ən yaxşı həll yolu məhkəməyə qədər İşəgötürən və İşçinin bir birini başa düşməklə, qarşılıqlı anlaşma yolu ilə əmək mübahisəlıtini qanuni və ədalətli yolla həll etməkdir. Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - (dia-az.fun) Geri qayıt |