Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > Müxalif jurnalistdən İlham Əliyevə dəstək
Müxalif jurnalistdən İlham Əliyevə dəstəkBu gün, 08:20 |
![]() "Səmimi deyim ki, mən bəzi bəyləri və xanımları anlamaqda çətinlik çəkirəm. 9 maydan əvvəl İlham Əliyevin Moskvadakı parada gedəcəyi ehtimalını ortaya atıb onu az qala yerdən yerə vurur, Paşinyanı tərifləyirdilər..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında müxalifətçi jurnalist Heydər Oğuz qeyd edib. O daha sonra Prezident İlham Əliyevin Rusiya ilə bağlı yürütdüyü siyasəti yersiz və savadsız şəkildə tənqid edənlərə aşağıdakı ifadələri ünvanlayıb: "Sonradan məlum oldu ki, Moskvaya əslində Paşinyan gedir, İlham Əliyev isə Xocalıda qalır, indi də Paşinyanın bəlkə də düz etdiyini, İlham Əliyevin isə parada getməməklə hansısa məkrli niyyət güddüyü iddia olunur. Əzizlərim, gəlin, əvvəl dəqiqləşdirək, sonra qiymət verək. Moskvadakı parada qatılmaq doğru idimi? Doğru deyildisə, adamın bu addımını ya təqdir edək, ya da heç olmasa susaq. Unutmayaq ki, ölkə başçısı yalnız bu il yox, son 10 ildə Moskva paradlarına qatılmayıb. Bacardığı qədər Ukraynanı müdafiə edib və ora maddi-mənəvi hər cür yardımlar göndərib. Sırf bizə müxalifdir deyə, yaxşı işlərinə də kölgə salmayaq. Ən azı ona görə ki, xalq hər şeyi görür və təkcə İlham Əliyevin yox, bizim də mövqeyimizə qiymət verir..." Geri qayıt |