Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Sovetin ölüm balonu:
Əsas Səhifə > Güney Press > Sovetin ölüm balonu:

Sovetin ölüm balonu:


Dünən, 16:38
Sovetin ölüm balonu:
Hazırda bir çox evlərdə, çoxmərtəbəli binalarda, iaşə obyektlərində Sovet dövründən qalma köhnə qaz balonlarından istifadə olunur.

Hətta onlayn satış platformalarında bu qaz balonlarının satışını görmək mümkündür. Lakin bu balonların istismar müddəti çoxdan başa çatıb və partlayış riski hər an mövcuddur.

Hazırda Azərbaycanda qaz balonlarının istehsalı varmı? Satışda olan qaz balonları yenidir, yoxsa istismar müddəti bitib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov bildirib ki, bu balonların istismar müddəti maksimum 33 ildir.

Ekspertin sözlərinə görə, bu balonlardan istifadə qəti surətdə qadağan olunmalıdır:

“Dünən Neftçilər Xəstəxanasının yaxınlığındakı küçədə yerləşən çoxmərtəbəli yaşayış binasında qəribə bir mənzərənin şahidi oldum. Bir qaz balonunun boğazına kəndir bağlamışdılar, biri yuxarıdan dartırdı, digəri isə aşağıdan itələyərək kömək edirdi. O balon ordan qırılıb yerə düşsə, partlayacaq, ətrafdakı evlərə ciddi ziyan dəyəcək. Çünki o balonun içində propan qazı var. Bu qazın yanma və istilik yaratma qabiliyyəti metandan 4 dəfə çoxdur.

Yəni, bir kubmetr propan qazı yandıqda, təxminən 24 min kilokalori istilik yaranır. Ona görə də bu balonların daşınması zamanı xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. Məsələn, balonların üzərinə rezin üzüklər taxılır ki, biri digərinə dəyəndə qığılcım yaranmasın. Onun ağız hissəsində “vintel” var. Bu “vintel” mütləq “kalpak” ilə örtülür. Bu balonların necə gəldi, əl ilə daşınması qətiyyən yolverilməzdir”.

O bildirib ki, hazırda Azərbaycanda belə balonlar istehsal olunmur:

“Sovet İttifaqı dağılandan sonra bu sahə də dayandı. Bir sözlə, o balonların istehsalı bizdə olmayıb, xaricdən gətirilib. İndi isə o balonları zibilliklərdən tapıb “restavrasiya” edirlər. Amma bu çox təhlükəlidir. Çünki bu balonların istismar müddəti maksimum 33 ildir. Sovet İttifaqı isə artıq 30 ildən çoxdur dağılıb. Əvvəllər qaz balonları əsasən Rusiyadan gətirilirdi”.

Nüsrət Qasımov qeyd edib ki, bu balonların hamısı istifadədən çıxarılmalı və təkrar emala göndərilməlidir:

“Qanunlara əsasən, belə balonlar beş ildən bir texniki baxışdan keçməlidir. Metal yorulması və korroziya olub-olmadığı yoxlanılmalıdır. Əfsus ki, bu gün bu qaydalara nəzarət çox zəifdir. Sovet dövründə dağlıq rayonlara mavi qaz çəkilmədiyindən, belə balonlar satılırdı və bu sahə üzrə ayrıca kontor fəaliyyət göstərirdi. Sovetlər dağılandan sonra isə bu nəzarət də itdi.

Rusiyada bu gün də özləri üçün istehsal edə bilərlər. Amma Bakıdakı köhnə balonlar çoxdan metalloma verilməli idi. Əgər yaşayış evlərində hələ də belə balonlardan istifadə edilirsə, bir partlayış bütün binaya zərər verə bilər”.

Kommunal xidmətlər üzrə ekspert bildirib ki, internetdə gördüyü, satışda olan qaz balonlarının yeni olduğuna inanmır:

“Şəhərdə rast gəldiyim balonlar çoxdan istifadəyə yararsızdır, nəzarət yoxdur. Bu qədər özbaşınalıq, savadsızlıq və məsuliyyətsizlik yolverilməzdir. Bu balonlara propan qazı dolduran yanacaq məntəqələrinə də qadağalar qüvvəyə minməlidir. Bildirilməlidir ki, əhalini təhlükə ilə üz-üzə qoymayın. Şəhərdə bu balonların daşınması və istifadəsinə dair xüsusi qaydalar var və həmin qaydalara ciddi şəkildə əməl olunmalıdır.

Xüsusilə ictimai iaşə obyektlərində və çoxmərtəbəli binalarda belə balonlardan qətiyyən istifadə etmək olmaz. “Azəriqaz” metan qazına nəzarət edir, onların əməkdaşlarının bu sahə üzrə xüsusi bilikləri yoxdur. Necə olur ki, adi bir yol qəzasına yüzlərlə zabit səhərdən-axşama qədər nəzarət edir, amma belə təhlükəli maddə bu qədər nəzarətsiz vəziyyətdə qalıb?”

Geri qayıt