Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                     Günün fotosu: .....                     Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür .....                     SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU .....                     "Başçıya demişik... amma nə olsun..." .....                     Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı .....                     Azərbaycanı onlar ŞİKAYƏT EDİB .....                     Ağstafada hərbçilər dəm qazından zəhərləndi .....                     Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb .....                     Hacı Qalib SÜKUTU POZDU... .....                     Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL .....                     “Rus evi” elə USAİD-in bir formasıdır... .....                     Marketlərimizin ƏDV FIRILDAĞI .....                     Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik .....                 

“BƏZİ MÜĞƏNNİLƏRDƏ AĞIL ÇATIŞMAZLIĞI VAR”
Tarix: 24-08-2012, 12:20 | Çap et
“BƏZİ MÜĞƏNNİLƏRDƏ AĞIL ÇATIŞMAZLIĞI VAR”

YARIMÇIQ QALAN SÖHBƏT

“Kadr arxası” rubrikasının bugünkü qonağı hər zaman kadr arxasında olmağa üstünlük verir. Hərdən kadr önünə də çıxır, deyiləcək sözü olanda. Bu dəfə də zaman yetişdi və onunla söhbətimizi qaldığımız yerdən davam etdirməli olduq.

- Nail, səndən bu yaxınlarda müsahibə götürmüşdüm. Qismət belə gətirdi ki, yenidən həmsöhbətim oldun. Bu qısa zamanda həyatında nələr dəyişib?

- Ciddi bir dəyişiklik olmayıb. Sadəcə, söhbətimiz səmimi alındığından davam etdirməli olduq (gülür).

- Onda söhbətimizi elə səmimi ruhda da davam etdirək. İlk əvvəl oxucularımıza uşaqlıq xatirələrindən danış.

- Uşaqlıq illərim kasıbçılıqla keçib. Mənə ana nənəm baxıb. Həmişə nənəm zarafatla deyərdi ki, səni dünyaya mən gətirmişəm, hamıya özüm deyirəm ki, qızımın oğludur. Nənəmin ən sevimli nəvəsi idim. Çox uşaqlar evdə ərköyün, dəcəl olur. Amma mən çox sakit uşaq olmuşam evdə.

- Amma indi elə də sakit görünmürsən. Səncə şou-biznesdə yaxşı, pis klipmeyker var?

- Hər kəsin öz yeri, öz bazarı var. Məncə, şou-biznesdə ən yaxşı, ən pis klipmeyker mən özüməm. Yaxşıyam ona görə ki, müğənnilər hər gün mənə zəng edib klip çəkdirmək istəyirlər. Pisəm ona görə ki, bəzilərinin yuxusuna haram qatmışam.

- Bəs ortalıqdakı klipmeykerlər bu ada layiq olmaq üçün hələ çox çalışmalıdırlar?

- Məncə, klip böyük sənət deyil. Hətta bunun ali təhsilini verəcək institutu və ya universiteti yoxdur. Yəni heç bir institutda klip rejissoru fakültəsi deyilən bir fakültə yoxdur. Klip müğənnini gündəlikdə saxlayan birinci reklam növüdür. Baxın, heç bir müğənni bir neçə il əvvəl çəkdirdiyi klipi “raskrutka” eləmək istəmir. Çünki vaxt dəyişir. Mənim üçün klipmeykerlik sənəti qazanc yeridir.

- Bəzi gənclər var ki, öz güclərinə serial çəkilər. Bəs Nail necə, serial çəkmək istəyir? Ümumiyyətlə, Azərbaycan televiziya məkanında hansı seriallara baxırsan?

- Şəxsən mən şou-biznesin simasıyam. Klip çəkmək mənim üçün daha maraqlıdır, nəinki serial. Heç düşünməmişəm ki, nəsə bədii film, ya da serial çəkim. Hətta olur ki, müraciət edirlər reklam çarxlarına görə, çəkməkdən imtina edirəm. Mənim həvəsimə baxır, həvəsim olmayanda iş görmürəm. Fikrim yalnız klip bazarındadır. Çox sevdiyim işdir. Düzünü deyim, Azərbaycan telekanallarında yayımlanan heç bir seriala baxmıram. Çox bayağı çəkirlər.

- Səncə qadınlar kişilərdən nə istəyirlər?

- İllərin təcrübəsindən bilirəm, qadın kişidən sevgi, nəvaziş və əsl kişilik istəyir.

- Nəyə görə bu sahə birdən-birə səndə maraq oyatdı?

- Uşaqlıqdan klipmeyker olmaq istəyirdim. Səkkiz ilə yaxındır bu sahədəyəm, 150 klip çəkmişəm.

- Klip çəkilişi zamanı başına maraqlı hadisə gəlibmi?

- Çox olub hadisələr. Yeni başlamışdım klip çəkməyə. Rəqqasə Fatimə üçün hind rəqsinə klip çəkirdim. Yay idi, çox isti idi. Guya istədim Fatiməni başa salım ki, çox günün altında olmasın, çünki kadr yanır. Daşın üstü sürüşkən olduğundan ayağım sürüşdü, yıxıldım düz şəlaləyə. Həmin gün bütün günü şortikdə gəzdim.

- Küsülü olduğun müğənnilər varmı?

- Hər kəsin öz seçimi, öz ağlı var. Hərə öz ağlına görə yaşayır. Mənim küsülü olduğum yox, məndən küsən müğənnilər var. Nə var, nə var, Nail onların, belə deyək, düşmən olduğu müğənnilərlə işbirliyi qurub. Ümumiyyətlə, mən elə adamam ki, mənə deyəndə bunu eləmə, mən onu tərsinə edirəm. heç kim mənə şərt qoya bilməz.

- Nədən stimul alırsan?

- Ailəmdən, işimdən, Allahın yaratdığı gözəlliklərdən.

- Bəs nəyin peşmançılığını çəkirsən?

- Bəzən peşman oluram ki, niyə bəzi müğənnilər üçün bu qədər artıq işlər görürəm, axı onların çoxu buna layiq deyil? Bu barədə peşman olduğum anlar olur.

- Bu illər ərzinə hansı müğənniləri dərindən tanıdın? Hansı maskalarla rastlaşdın?

- Nələr gördüm, nələr yaşadım, amma heç vaxt bu haqda danışmayacağam. Çünki mən sirr məzarıyam, yəni “moqila”.

- Ruhdan düşdüyün vaxtlar olubmu?

- Arada olur, amma mən özümü ələ ala bilirəm. Əslində tez depressiyaya düşənəm, amma depressiyadan da çıxmağı bacarıram. Ürəyim istəyən bir müğənniyə klip çəkən kimi, işbirliyinə başlayan kimi depressiyadan çıxıram.

- 2011-ci ildə çox qalmaqallarda adın çəkildi. Səncə, bu nədən irəli gəldi?

- Nə istəyirlər, kim nə deyir desin, qoy danışsınlar. Onsuz da cavabsız qalacaqlar.

- Məndə olan məlumata görə, avtomobil qəzasına düşmüsən.

- Danışmaq istəmirəm. Hamısı gözdür, nəfisdir. Yenicə şokdan ayılmışam. Unutmuşam artıq. Tez-tez qəza etməyə öyrəşmişəm. Fikirləşirəm ki, bu yaxınlarda özümə sürücü götürüm.

- Öz işlərindən heyran olduğun hansıdır?

- Mən işlərimdə ayrı-seçkilik etmirəm. Hamısında heyran olduğum məqamlar var. Sadəcə, bu məqamları görməyə saf, gözəl gözlər lazımdır.

- Səncə, Nailin varlığı bəzilərini niyə qıcıqlandırır?

- Artıq alışıblar (gülür).

- Həyatında hansı yolu seçmisən - mübarizə, yoxsa səbir?

- Səbir, səbir, düşünülmüş addımlar.

- Bu yay harda dincəlmisən?

- Hələ ki dincəlməmişəm. İnşallah, qışda gedəcəm Dubaya.

- Özündə bəyənmədiyin cəhət hansıdır?

- Hamı ilə səmimiyəm. Amma, bəlkə də, bu müsbət cəhətimdir və insanları başa düşürəm, sevirəm.

- Tək qalanda nə haqda fikirləşirsən?

- Gələcəyimi düşünürəm. Atdığım addımları, yaşadığım günləri analiz edirəm. Amma heç sevmirəm təkliyi. Tək qalan kimi özümə qulaq yoldaşı axtarıram.

- Çalışırsan şou-biznesdə həmişə diqqət mərkəzində olasan. Səbəb nədir?

- Hər zaman çalışıram ki, üzdə olum, dəbdən düşməyim.

- Nə vaxta qədər müğənnilərlə işləyəcəksən?

- Müğənnilər məndən, mən onlardan bezənə qədər. Məncə, bu, heç vaxt olmayacaq, həmişə işləyəcəyik.

- Tənqidə münasibətin necədir?

- Tənqid gözəl şeydir, amma yerində.

- Şou-biznesdə bəzi kişi müğənnilər plastik əməliyyatlar etdirir, saç əkdirir. Nailin necə, nə vaxtsa buna ehtiyacı olacaq?

- İnşallah, sentyabrda burnumu əməliyyat etdirəcəm. Burnumda əyrilik var. Bunu gözəllik üçün yox, sağlamlığıma görə etdirəcəm. Ümumiyyətlə, çox qorxuram qandan, həkimdən. Amma ürəklənmişəm, gedəcəm.

- Şou meydanında özünə hansı çərçivəni yaratmısan?

- Maraqlı çərçivə yaratmışam. O çərçivədə bir-birinə düşmən olan müğənnilər çoxdur. Onların hamısı dostlarımdır. Mənim üçün eynidir. Mən bir-biri ilə küsülü olan müğənnilərlə daha çox işləmişəm.

- Ulduzluq xəstəliyinə tutulmaqdan qorxmursan ki?

- Artıq virusları özüm daşıyıram. Baxır harda, kimə qarşı ulduzluq eləmək lazımdır. Çünki səni buna məcbur edirlər.

- Səncə, bəzi müğənnilərdə məhəbbət çatışmazlığı var?

- Sevməyən insan oxuya bilməz. Sadəcə, bəzi müğənnilərdə ağıl çatışmazlığı var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
“Rus evi” elə USAİD-in bir formasıdır... - BAĞLAMAQ ÇƏTİNDİRMİ?
Bu gün, 09:08
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Bu gün, 09:05
Rusiya ilə görüşdə ilk bu ərazini tələb edəcəyik - Zelenski
Bu gün, 09:01
Siyavuş Novruzovun İmişlinin rəhbəri haqda dedikləri... - Elçin Rzayev niyə susur?
Bu gün, 08:59
Jurnalist Şəmşad Ağa saxlanılıb - BU İTTİHAMLA...
Bu gün, 08:53
USAİD-in ləğvi Ermənistanı yasa boğub - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:49
"Əslində, bu, Donald Trampa səs verməyənləri də ciddi narahat edən məsələlərdən biridir" - Zaur Bayramlı
Bu gün, 08:40
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” - Tanınmayan diplom problemi
Bu gün, 08:38
Qazaxlar ruslara elə `PAS ÖTÜRDÜLƏR Kİ...` - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:36
"Əlilliyi ləğv olunan işçi nə əlilliyini bərpa edə bilir, nə də..." - AKTUAL
Bu gün, 08:30
AZƏRİQAZ rəhbərliyi buraları YOXLAMAQ İSTƏSƏ... - "Hər şeyin yerli-yerində araşdırılmasına..."
Bu gün, 08:26
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Bu gün, 07:21
"Bunu təşviq edəcək dövlət proqramları olmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru