ƏVƏZ ZEYNALLININ HƏBSİ KİMƏ SƏRF EDİR?
Tarix: 29-10-2011, 15:42 | Çap et
«XURAL»IN SIRADAN ÇIXARILMASININ ARXASINDA KİM DAYANIB?
Oktyabrın 28-də axşam "13" internet telekanalının ofisinə gedən yolda “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilib. O, onlayn proqramda qəzetin hakimiyyət tərəfindən təqibinin səbəbləri barədə danışmalı idi.
Zeynallı cümə günü axşam 19 oktyabrda parlamentin deputatı Gülər Əhmədovanın verdiyi şikayətlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə aparılıb. Sonuncu deyib ki, guya bu ilin avqustunda redaktor ondan şantaj yolu ilə pul tələb edib.
Zeynallı öz qəzetində yazıb ki, Əhmədova “Xural” qəzetinin redaksiyasına gələrək hakimiyyətə loyallıq müqabilində ona iri məbləğdə pul təklif edib. Həmin fikri o, sentyabrda Redaktorlar Şurasında səsləndirib. Zeynallının əsas ittihamçısı özü həbs günü bir həftəliyə Kiprə gedib.
Redaktorun CM-nin 311.3.3 və 311.3.4 maddələri üzrə böyük həcmdə rüşvət tələbi ittihamı ilə həbs edilməsi jurnalist cəmiyyəti üçün gözlənilməz olub. Çünki Zeynallının Ədliyyə Nazirliyinin 20 oktyabrda ona tətbiq etdiyi cəriməni ödəməkdən imtina etməsi ilə bağlı həbs olunması gözlənilirdi. Bir gün əvvəl məhkəmə icraçıları tələsik redaksiyanın bütün əmlakını məhkəmənin qərarı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezident yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərlinin iddiası üzrə tətbiq edilən 15 min manat cərimə müqabilində müsadirə ediblər.
Qəzet Səfərlinin mətbuatın inkişafına yönəldilən dövlət vəsaitlərini talan etməsi, Mehdiyevin bütövlükdə ölkəni idarə etməsi, deputatların parlamentə onun siyahısı ilə düşməsi barədə materiallar verirdi.
Hər iki məmurun iddiası əsasında ilk məhkəmə qərarları fevralın əvvəlində verilib. Bu dövr qəzet üçün elə mürəkkəb olub ki, Zeynallı 8 fevralda mətbuat konfransı keçirərək ictimaiyyətin köməyini istəməyə məcbur olub. İki təhqir edilən dövlət xadimindən başqa, müğənni Nüşabə Ələsgərli və “Lider” telekanalında müxalifət təmsilçilərinin şərəf və ləyaqətlərinin təhqir edilməsi üzrə ixtisaslaşan deputat Etibar Hüseynov da məhkəmədən şərəflərinin müdafiəsini istəyiblər. Media Hüququ İnstitutunun məlumatına görə, fevralda qəzetə qarşı 5 məhkəmə prosesi davam edib.
Bundan sonra Mətbuat Şurası “Xural”ı heç bir əsası və səlahiyyəti olmadan reketlər siyahısına daxil etdi. Zeynallı Mətbuat Şurasını operativ axtarış və istintaq orqanı funksiyalarını mənimsəməkdə ittiham etdi. Redaktor bildirdi ki, qəzetin mühasibatı şəffafdır. O, həftədə 3 dəfə 2500-3000 nüsxə çıxır və tirajın 70 faizi alınır. Sentyabrın 19-dan «Xural» gündəlik çıxır, bu isə bir çoxlarının fikrincə, qəzetə təzyiqlərin artmasına səbəb olub.
Mayda məhkəmə icraçıları Mehdiyev və Səfərlinin iddiası üzrə ilk dəfə qəzetin əmlakını siyahıya alıb. Maraqlıdır ki, məhkəmə qərarının icrası ATƏT-in KİV azadlığı üzrə təmsilçisi Dunya Miyatoviçin Bakıya səfəri ilə üst-üstə düşdü. O isə belə pozuntular üçün daha müvafiq cərimə tətbiq etməyə çağırdı.
Təkcə 2010-cu ildə qəzetə qarşı 29 iddia verilib. Zeynallı üzərində ən uzun məhkəmə prosesi isə Adolf Hitlerin "Mənim mübarizəm" əsərini azərbaycanca çap etməsinə görə olub. O vaxt redaktor yüngül cəza ilə sovuşa bilmişdi.
Media Hüququ İnstitutu 22 iyul Mətbuat günündə ölkədə bayram ovqatının olmadığını bildirdi. MHİ bəyan edirdi ki, daha çox iddia “Xural”a qarşıdır. Onun 6 əməkdaşının həbsi tələb olunur. İnstitut jurnalistlərə fiziki və mənəvi təzyiqlərin davam etdiyini qeyd etmişdi. Eynulla Fətullayev həbsdən azad edilsə də, ölkədə gənc fəallar da daxil siyasi motivlərlə həbslər davam edir. Jurnalist Elmar Hüseynovun qətli hələ də açılmayıb
Hesabat dövründə ifadə azadlığı ilə bağlı 27 məhkəmə prosesi davam edirdi, bunlardan 11-i məhz birinci yarım ildə başlayıb.
Jurnalistlər və KİV-lərə qarşı iddialar əsasən ictimai xadimlər tərəfindən qaldırılıb.
Hesabat dövründə 50 jurnalist, o cümlədən 6 əcnəbi fiziki və psixoloji təzyiqlərə məruz qalıb. Əsasən bu kütləvi aksiyalar zamanı baş verib.
Üç isveçli jurnalist deportasiya olunub, 1 alman jurnalistə Naxçıvanda işləməyə imkan verilməyib, daha iki əcnəbi hücuma məruz qalıb.
MHİ-nin bu bəyanatından sonra «Xural» ətrafında pressinq halqası daralmaqda davam edirdi. Artıq sentyabrın 7-də CM-in 221.2.2 maddəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıq) «Xural»ın Lənkəran müxbiri Aydın Caniyev həbs olunub və türmədə məhkəmə hökmünü gözləyir. Müxbir yerli ruhanilərin bir hissəsinin, narkoticarətçilərin və digərlərinin maraqlarına ciddi toxunub. Jurnalistin ortaya qoyduğu faktlar sonradan Mətbuat Şurasının tapşırığı ilə cənub regionuna bir qrup jurnalistin səfəri zamanı da təsdiqini tapdı. O zaman Lənkəranda «Xural»ın müxbiri Aydın Caniyevin həbsi ilə bağlı suala cavab verən ABŞ səfiri Metyu Brayza dedi: «Amerika mətbuat və söz azadlığını dəstəkləyir».
Bu hadisədən sonra Mətbuat Şurası ikinci dəfə «Xural»ı reket qəzetlər siyahısına saldı.
Nəhayət, «Xural» odisseyasının final hissəsi, demək olar ki, oktyabrın 19-da onun əmlakının müsadirə edilməsi və bütün mətbəələrin onu nəşrindən imtina etməsi ilə başa çatdı. Baş redaktorun özü isti izlərlə mətbuat konfransı çağırıb baş verənləri ölkə başçısının “əl-Cəzirə” telekampaniyasına verdiyi müsahibəsi ilə bağlı qəzetdə gedən şərh üçün İlham Əliyevin qisası adlandırdı.
Uzun müddət yüksək rütbəli məmurların gücünün çatmadığı «Xural»ın ləğvi prosesinin baş redaktorun prezidentə qarşı tənqidi və müəyyən dərəcədə təhqiramiz məqaləsindən sonra sürətlə başa çatdığını nəzərə aldıqda bu versiya müzakirə predmeti ola bilər.
Maraqlıdır ki, dərhal Mətbuat Şurası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi zərbə altından çıxarmağa cəhd etdi və bəyan etdi ki, Ramiz Ənvəroviç «Xural»a qarşı iddiasını hələ yazda geri götürüb və ona görə də bu qalmaqala heç bir aidiyyatı yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29 |
|
|
|
|