Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür .....                     Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib .....                     Azərbaycanda artıq .....                     AZAL təyyarəsinin vurulması .....                     Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin .....                     Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... .....                     DSX-nin hərbçisi faciəli şəkildə öldü .....                     “Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ .....                     “Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                 

Üç nazirlə bir bankir ölkədən 10 milyardı necə çıxarıb... - İDDİA
Tarix: 19-12-2017, 09:03 | Çap et
Üç nazirlə bir bankir ölkədən 10 milyardı necə çıxarıb...
Fazil Məmmədovun vergilər naziri postundan qəfil qovulması ətrafında müzakirələr bitmir; naziri niyə işdən çıxardılar? Niyə onu məhz bu şəkildə 17 ildən artıq tutduğu postdan kənarlaşdırdılar? Bu suallar müzakirə olunduğu bir vaxtda dövriyyəyə çoxsaylı versiyalar girmişdi. Az keçmədi ki, Fazil Məmmədovun kreslosunun “yelləncəyə” dönüb onu aşırmasında böyük pul oğurluğunun əsas rol aldığı iddia olundu. Bu iddia bu gün də təkzib olunmayıb. Hər ötən gün reallıq olmasını təsdiqləyən məlumatlar gəlməkdədir. Söhbət ölkədən çıxarılan 4.5 milyard manat “qara pul”dan gedir.

İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən, o cümlədən Binəqədinin icra başçısı olan Xaləddin İsgəndərovun vasitəsilə büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb. Fazil Məmmədov Azərbaycan büdcəsindən, iş adamlarından pul oğurlayıb xaricə daşıyan ilk və sonuncu məmur deyil. Fazil Məmmədovun timsalında bir nazirin işdən qəfil çıxarılması da yeni məsələ deyil. 2015-ci ildə xəbər yayıldı ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov qəfil işdən çıxarılıb. 20 MTN əməkdaşı həbs olundu, xeyli vəzifəli şəxs tutduğu vəzifədən kənarlaşdırıldı. Belə xəbərlər yayıldı ki, Eldar Mahmudov böyük maliyyə xəyanətlərinə bulaşıb. Onun vəzifəsindən yumşaq desək, yola salınması qudası Cahangir Hacıyevin vəziyyətini çətinləşdirdi. Üzə çıxdı ki, uzun illər Azərbaycanın ən böyük bankına rəhbərlik edən Cahangir Hacıyev ölkədən 6 milyarda yaxın pul çıxarıb. Cahangir Hacıyev həbsə alındı, hazırda ölkənin ən şəraitsiz cəzaçəkmə müəssisəsində gün keçirir.

“MTN işi” çərçivəsində istintaqa cəlb olunan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da əli “qara pul”lara bulaşıb. Onun ölkədən 1 milyard dollar çıxardığı haqda məlumatlar var. Qeyri-rəsmi məlumatlara görə, Eldar Mahmudovun Azərbaycandan çıxardığı sərvətin dəyəri qat-qat artıqdır.

Bu ilin fevralında Nəqliyyat Nazirliyinin Rabitə Nazirliyinə birləşdirilməsi nəticəsində Ziya Məmmədov işsiz qaldı. Onun 15 il Nəqliyyat Nazirliyinə rəhbərliyi dövründə barəsində korrupsiya cinayətlərinə bulaşması haqda çeşidli yazılar dərc olunmuşdu. Təkcə Bakı Beynəlxalq Avtovağzalının tikintisinə dövlət büdcəsindən ayrılan vəsaitdən 30 milyon dollar oğurlanıb xaricdəki hesablara yatırdığı qeyd olunurdu. Ümumilikdə isə Ziya Məmmədov və ətrafının ölkədən 2 milyard manatdan artıq vəsaitin çıxardığı haqda məlumatlar var. Ötən il Böyük Britaniyanın “Taxe Justice Network” təşkilatı “Offşor zonaların qiyməti” adlı hesabatında Azərbaycanın adı da yer almışdı. Qafqaz regionundan çıxarılan pulun miqdarına görə ölkəmiz ilk yerdə idi. Hesabata görə, 1993-2010-cu illərdə Azərbaycandan offşor zonalara 48 milyard dollar pul ötürülüb.

Ümumiyyətlə, Azərbaycanda dövlət investisiyalarında da iştirak edən şirkətlərin offşor zonalarda qeydiyyatdan keçməsi halları tez-tez müşahidə edilir. Bu isə ictimaiyyətdə haqlı şübhələrə yol açır. Ekspertlər düşünürlər ki, əslində onlar Azərbaycan məmurlarına məxsus “xarici” şirkətlərdir. Dövlət vəsaitləri bu yolla xaricə çıxarılaraq, müəyyən kapitala çevrilir.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, korrupsiya dövlət üçün xərçəng xəstəliyidir: “Xərçəng insanı necə daxildən yeyib məhvinə səbəb olursa, korrupsiya da istənilən dövləti daxildən yeyib sonradan zəifləməsinə, bütün institutlarının çökməsinə səbəb olur. Azərbaycanda korrupsiya xroniki xəstəlik halındadır. Ölkədə varlanmağın yolu dövlət strukturlarındakı vəzifələrdən keçməkdən ibarətdir. Azərbaycanda bu gün rəsmi şəkildə qeydiyyatda olan, rəsmi vergi verən milyonçu və milyarder yoxdur. Postsovet ölkələrindən Türkmənistanla Tacikistan xaric, Azərbaycan yeganə ölkədir ki, rəsmi milyonçuları yoxdur. Əvəzində gizli milyonçular və milyarderlərimiz var. Adları sadalanan sabiq nazirlər, bankirlər də belələrindəndir. Hətta Ermənistanda 77 nəfər rəsmi milyonçu var. Azərbaycanda isə qeyri-rəsmi pul qazanmaq dövlət və hökumət strukturlarında yüksək vəzifə tutmaqdan keçir. Bu gün korrupsiya ölkə resurslarının xaricə daşınmasına səbəb olan əsas amillərdən biridir. Bu gün bir nazirin 4 milyard, o birinin 1 milyardı ölkədən çıxarması onların həm də bu ölkəyə inanmadıqlarını sübut edir. Çünki bu adamlar öz ölkələrinə inansa yollar, burada əldə etdikləri böyük vəsaitləri ölkə daxilində investisiyaya çevirərdilər”.

Natiq Cəfərli deyir ki, ölkədən çıxarılan böyük pullarla, bir çox həyati vacib sahələrdə islahatları yekunlaşdırıb xalqın rifahını ən yüksək səviyyəyə qaldırmaq olardı: “Təhsil və səhiyyə sahələrində böyük dəyişikliklər etmək olardı. Həmin pullarla 10 minlərlə insanın işləyib para qazanması üçün zavodlar və fabriklər yaratmaq mümkün idi. Azərbaycan iqtisadiyyatı bir neçə dəfə böyüyə bilərdi. Deməli, bu adamlar Azərbaycanda öz gələcəklərini görmürlər və ölkənin gələcəyinə inanmırlar. Ona görə də milyardları xaricdəki hesablarına, daşınar-daşınmaz əmlaka, biznes layihələrinə yatırım şəklində yönəldirlər. Təbii ki, ölkədən bu şəkildə çıxarılan vəsait ölkənin güclənməsinə deyil, zəifləməsinə xidmət edir. Azərbaycanda ümumilikdə çıxarılan 48 milyard ölkə iqtisadiyyatına yatırılsaydı, bu gün ölkə çoxşaxəli iqtisadi modelə də keçmişdi, geniş istehsal sahələri olardı. Bütün bunlar ölkədə sosial gərginliyin azalmasına xidmət edərdi, əhalinin rifah halının yaxşılaşdırılması da mümkün olardı”.

N.Cəfərli deyir ki, korrupsiyanın varlığı maaşların aşağı səviyyədə qalmasına gətirib çıxarır, bu da öz növbəsində tibbi sığorta, yüksək keyfiyyətli təhsil olmasını problemə çevirir: “Rəsmi maaşlar çox aşağı olan ölkələrdə tibbi sığorta sisteminin tətbiqi böyük problemə çevrilir. Tibbi sığortaya keçilsə, idarəetmənin fəlsəfəsi də dəyişdirilməlidir. Korrupsiya mexanizmlərinin olması əhalinin gəlirlərini azaldır, dövlətin həyata keçirməli olduğu sosial layihələrin keçirilməsi əngəllənir. Həmin 48 milyard ölkədə qalsaydı, bu gün Azərbaycan təhsil və səhiyyə üzrə dünyada ilk yerlərdən birini tuta bilərdi”.

Natiq Cəfərli deyir ki, nazirlərin oğurlayıb xaricə çıxardıqları milyardların geri qaytarılması məsələsi çətin, müşkül bir məsələ olsa da, mümkündür: “Azərbaycanda məişət korrupsiyası ”ASAN xidmət"lər yaradılmaqla aradan qalxdı. Məmurların aldıqları kiçik rüşvətlər rüsuma çevrilib dövlət büdcəsinə yönəldi. Bu mexanizmlərin yaradılması onu göstərir ki, sistemli yanaşma olduqda rüşvətin kökünü kəsmək olur. Deməli, “ASAN xidmət” vasitəsilə buna nail olundusa, büdcə korrupsiyasına da sistemli yanaşma ilə son qoymaq, ən azı minimuma endirmək mümkündür. Bu gün nazirlərin oğurlayıb xaricə çıxardığı pullar büdcə korrupsiyası hesabına gerçəkləşib. Bu sahəyə nəzarət ciddi şəkildə zəifdir. Büdcədən ayrılan pulların xərclənməsinə nəzarət şəffaf deyil. Büdcədən ayrılan pulların xərclənməsinə nəzarət yox səviyyəsindədir. Hesablama Palatası fiziki olaraq da büdcədən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət edə bilməz. Güclü, nüfuzlu məmurlar Hesablama Palatasının yoxlama aparmasına belə imkan vermirlər. Nəticədə büdcədən çox böyük pullar oğurlanır və xaricə daşına bilir".

İqtisadçı ekspert deyir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı hesabatlar hazırlayan qeyri-hökumət təşkilatları da sıradan çıxarılıb: “Bu gün müstəqil QHT-lər yoxdur, olanlar isə hökumətin dostuna çevriliblər. Hökumət nəzarət mexanizmlərinin olmasında maraqlıdırsa, QHT-lərin dövlət strukturlarına, büdcədən ayrılan xərclərə nəzarət etmələri üçün şərait yaratmalıdır. Media nəzarəti də əsas mexanizmlərdən biridir. Dünyanın sivil ölkələrində mediaya çıxan korrupsiya skandalları ciddi araşdırma mövzusuna çevrilir. Azərbaycan mediasında tez-tez korrupsiya sxemləri ilə bağlı yazılar dərc olunur. Amma heç bir nəticəsi olmur. Bu nəticəsizlik, cəzasızlıq mühiti iri çaplı məmurların korrupsiyaya bulaşmasına yol açan əsas amillərdən biridir”.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür - ŞƏRH
Bu gün, 12:21
Ali Məhkəmə həbsdə olan sabiq tabor komandiri barədə qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Azərbaycanda artıq fəxri adlar VERİLMİR
Bu gün, 12:10
AZAL təyyarəsinin vurulması – “Putin Sezarın bu məşhur sözünü deməlidir”
Bu gün, 12:05
Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin - Alen Simonyan
Bu gün, 12:02
Nevzorov Bakını təhqir edən Valuyevə nələr dedi... - "Ola bilsin ki, Valuyev açıq qalan 380V naqilin üstündə çox uzun müddət oturub"
Bu gün, 12:00
DSX-nin hərbçisi faciəli şəkildə öldü - FOTO
Bu gün, 11:57
“Vüqar Novruzovun işi şəkil çəkdirib icranın saytında yaydırmaqdır“ - maləsəf... BU FAKTDIR...
Bu gün, 11:52
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru