Əli Həsənov vəzifədən uzaqlaşdırılmasını həzm edə bilmir - İLGİNC
Tarix: 16-04-2020, 10:03 | Çap et
“Mediadakı “qrant mafiyası”na NED-dən 1,5 milyonluq yeni tranş”... Prezidentin sabiq köməkçisi Əli Həsənovun çökdürdüyü Azərbaycan mediasınının acınacaqlı mənzərəsi fonunda “Aznews” saytının atdığı bu manşet diqqətimizi çəkdi. Əli Həsənovdan qalma klassik üslubdur - istənilən yeniliyi hansısa “qaranlıq güclərə” calamaq, xoşu gəlməyənləri müxtəlif adlarla “mafiya” kimi təqdim etmək və nəhayət, hansısa xarici təşkilatın adını bu məsələdə önə çıxarmaq. Bir də mütləq “milyon” sözü işlədilməlidir. Çünki onda daha cəlbedici olur və qarayaxma kampaniyasının “uğurlu” alındığı hesab edilir. Bu manşet də Əli Həsənovun “mətbəxindən çıxan” qarayaxma kampaniyasının davamıdır. Halbuki, bu şəxs artıq sabiqlər sırasına daxildir və azad medianın yerində böyük xarabalıq yaradandan və buna görə vəzifəsindən gedəndən sonra susmalı, abrına qısılmalı idi. Axı dövlət başçısı onu vəzifəsindən uzaqlaşdırmaqla ən yüngül cəzanı verdi, vəzifəsindən sui-istifadə edərək qurduğu biznesinə də toxunmadı. Lakin Əli Həsənov vəzifəsindən çıxarılması ilə hələ də barışmaq istəmir. Qəzəbini “dişsiz” saytları vasitəsilə körükləyərək, dövlət başçısının islahatlarına qarşı növbəti sabotaj oyunlarını oynayır. Adıçəkilən saytın məlum məqaləsini incələdikdə bunu daha aydın görmək mümkündür. Birinci məqam odur ki, Əli Həsənov mediadakı köhnə trolları vasitəsilə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya İnstitutunun (NED) təşəbbüsü kimi cəmiyyətə sırımağa çalışır. Bununla demək istəyir ki, Azərbaycan Prezidenti NED-in istəyi ilə onu vəzifəsindən çıxarıb?! Gülməli, həm də təhlükəli iddialardır. Prezidentin siyasi iradəsini hansısa xarici təşkilatlarla əlaqələndirmək Əli Həsənovun təhlükəli sularda üzməkdə israr etdiyini göstərir. Sabiq köməkçi faktiki olaraq, Prezident tərəfindən aparılan uğurlu islahatları gözdən salmağa və NED təşkilatının ayağına yazmağa çalışır. Halbuki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə yaradılan şəffaflıq və azad-sərbəst mühitin nəticəsidir ki, vaxtilə Əli Həsənovun amansız təzyiqləri ilə üzləşmiş KİV-lər belə, bu gün azad şəkildə öz fəaliyyətlərini bərpa edə bilib. İkinci əsas məqam odur ki, sözügedən məqalədə Prezidentin Sərəncamı ilə ötən il 100 illik yubileyi təntənəli şəkildə qeyd olunmuş görkəmli Xalq yazıçısı İsmayıl Şıxlının oğlu Elçin Şıxlı, eyni zamanda müstəqil Azərbaycanın tanınmış və nüfuzlu media simalarından olan Arif Əliyev, Mehman Əliyev və digər vətənpərvər jurnalistlərimiz hədəfə alınıblar. Bu, təsadüfi deyil, çünki adıçəkilən insanlar Əli Həsənovun xarabalığa çevirdiyi Azərbaycan mediasının xilas edilməsi uğrunda çox mübarizə apardılar. Bu mübarizədə Əli Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, onlara qarşı apardığı təzyiq-şantaj kampaniyaları ilə üzləşdilər, lakin yollarından dönmədilər. Sonda dövlət başçısının çoxşaxəli islahat kursu medianın da xilas edilməsi prosesinə səbəb oldu. Bu şəxslərin hər biri də Prezidentin islahatlarına açıq şəkildə dəstək nümayiş etdirdilər. Bu dəstək bu gün də davam edir. Medianın əvvəlki vəziyyəti ilə müqayisədə bu gün irəliləyişlər göz önündədir və bu işdə Əli Həsənovun hədəfə aldığı həmin media kapitanlarının da rolu danılmazdır. Onlar kimdir? Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev kimi peşəkar media mənsubları Azərbaycanda müstəqil medianın əsasını qoymuş ziyalılardır. Ancaq Əli Həsənov vaxtilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bu şəxslərə qarşı amansız təqiblər aparır, onların rəhbərlik etdiyi KİV-ləri məhv etməyə və susdurmağa çalışırdı. Çünki bu ziyalılar Əli Həsənovun medianı məhv edən oyunlarında iştirak etmək istəmirdilər. Nəticədə Elçin Şıxlının rəhbərlik etdiyi “Ayna-Zerkalo” qəzetləri Əli Həsənov tərəfindən edilən amansız təzyiqlər nəticəsində fəaliyyətini bir müddət dayandırmalı oldu, Mehman Əliyevin rəhbəri olduğu “Turan” informasiya agentliyi və bu qəbildən olan digər KİV-lər də Əli Həsənovun təzyiqləri ilə üzləşdilər. Ancaq Elçin Şıxlı bu mübarizədən ölkə rəhbərliyinin və Azərbaycan xalqının qarşısında üzüağ çıxdı, 2018-ci ildə müstəqil Azərbaycan mətbuatının inciləri sayılan “Ayna” və “Zerkalo” qəzetləri elektron formatda fəaliyyətlərini bərpa etdi. Bəs “Ayna-Zerkalo” qəzetləri necə bağlanmışdı? Bu, uzaq tarix deyil. Əli Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hədəf seçdiyi KİV-lərə qarşı amansız mübarizəyə ləğv olunmuş keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu da cəlb edə bilmişdi. Bunun bariz nümunəsi kimi keçmiş MTN tərəfindən tutulmuş “Ayna” və”Zerkalo” qəzetlərinin Türkiyədəki xüsusi müxbiri Rauf Mirqədirovun həbsini göstərmək olar. Rauf Mirqədirov Əli Həsənov-Eldar Mahmudov cütlüyünün birgə sifarişi ilə həbs edilmişdi. Sonrakı proseslər göstərir ki, Əli Həsənov bununla hədəf seçdiyi media kapitanlarına qarşı “tutarlı fakt” axtarışında imiş. Lakin həqiqət gec-tez ortaya çıxır - dövlət başçısının sərəncamı ilə Rauf Mirqədirov azadlığına qovuşdu. Əli Həsənov peşəkar jurnalistləri niyə "düşmən" elan etmişdi? Sabiq köməkçinin Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev və digər peşəkar jurnalistləri “düşmən” elan etməsi, onların yaratdığı müstəqil medianı əzərək sıradan çıxarmağa çalışması öz maraqlarının təmin edilməsi gedişi idi. Çünki o, bununla özünü medianın “əvəzolunmazı” kimi təqdim edərək, illərlə dövlətin milyonlarla vəsaitini rahat mənimsəyə bilirdi. Amma Əli Həsənovun bu xəyanətkar oyunu çox çəkmədi, vəzifəsindən çıxarıldı. Lakin bu gün Prezidentə, onun islahat kursuna qarşı başlatdığı qarayaxma kampaniyası onun “bəlkə qaytardılar” arzusundan qaynaqlanır və o, bu arzusu naminə dövləti sabotaj etməkdən belə, çəkinmir. Sevindirici hal odur ki, Əli Həsənov öz məkrli niyyətlərini dövlətin vaxtilə ona vermiş olduğu səlahiyyətlərdən sui-istifadə edərək daha həyata keçirə bilmir. İndi Əli Həsənov dövlətə qarşı öz xain niyyətlərini yalnız nəzarət etdiyi bir neçə “dişsiz” saytlarında tirajlaya bilir və bununla ikrah hissindən başqa heç nə əldə edə bilmir... Vasif Həsənli "Demokrat.az"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Bu gün, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Bu gün, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Bu gün, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Bu gün, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Bu gün, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Bu gün, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Bu gün, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Bu gün, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Bu gün, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Bu gün, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Bu gün, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Bu gün, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
|