Hesablama Palatası KİVDF-i niyə indi yoxlamağa başlayıb? - “Unudulan” haqq-hesab
Tarix: 11-06-2020, 09:10 | Çap et
![Hesablama Palatası KİVDF-i niyə indi yoxlamağa başlayıb? Hesablama Palatası KİVDF-i niyə indi yoxlamağa başlayıb?](/uploads/posts/2020-06/thumbs/1591852230_0001.jpg) 10 iyun 2020-ci il tarixində Hesablama Palatasının müntəzəm olaraq keçirdiyi onlayn kollegiya iclasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) maliyyə auditinin nəticələri barədə hesabat müzakirə edildi. Sadə dildə desək, yoxlama Fondun vəzifəli şəxslərinin dövlət tenderləri haqqında qanunvericiliyin tələblərinə əməl etmədiklərini müəyyən edib. Bundan əlavə, vəsaitdən sui-istifadə, tikinti qaydalarının pozulması, mətbuata ayrılan vəsaitlərin paylanması zamanı qanunun tələblərinin pozulması və s. faktlar aşkarlanıb. Bunları əsas tutan Hesablama Palatası yoxlamanın nəticəsi ilə əlaqədar materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Xatırladaq ki, hələ 2019-cu ilin dekabrında və 2020-ci ilin aprel-may aylarında saytımızda KİVDF rəhbərliyinin maliyyə fırıldaqlarını ifşa edən bir sıra yazılar dərc edilmışdi. Ancaq nədənsə, Hesablama Palatası o zaman bu materiallara əhəmiyyət vermədi və Fondun fəaliyyətini yoxlamadı. Bəs, mövcud yoxlamaya nə səbəb oldu? Bu məsələ ilə bağlı Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nazilə Qazıyevanın AYNA-ya dediyinə görə, Palata bütün dövlət strukturlarını yoxlamaq səlahiyyətinə malikdir: “Biz, hətta fəaliyyətlərində dövlət payının cəmi 10% olduğu qurumları da yoxlaya bilərik. Amma, adətən bu göstəricidən daha çox dövlət payına malik olan strukturlarda yoxlamalar keçiririk”. “Bu vaxta qədər Palata KİVDF-in fəaliyyətini heç zaman yoxlamayıb. Bu, ilk yoxlama idi”, - Qazıyeva bildirib. Eyni sualımıza KİVDF-in Müşahidə Şurasının keçmiş üzvü, hazırda Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan Müşfiq Ələsgərli fərqli cavab verdi. Dedi ki, Fondun indiyədək qədər yoxlanılmamasının səbəbi fəaliyyətindəki şəffaflıq da ola bilər. “Fond bütün xərcləri Maliyyə Nazirliyi və Satınalmalar üzrə Dövlət Agentliyi ilə razılaşdırırdı. Ola bilər ki, Fondun fəaliyyətindən bu günə qədər rəsmi şikayət olmadığı üçün yoxlamaların aparılmasına ehtiyac olmayıb”, - Ələsgərli vurğuladı. Məsələni AYNA-ya şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin ehtimalına görə, KİVDF-də bu günə qədər maliyyə yoxlamalarının aparılmamasının səbəbi onların vəsait dövriyyəsinin digər iri dövlət qurumlarına baxanda aşağı olması olub: “İndi yəqin ki, yeni rəhbərlik özü audit aparılması xahişi ilə Hesablama Palatasına müraciət edib”. Baş verənlər barədə KİVDF-in keçmiş icraçı direktoru Vüqar Səfərlinin də mövqeyini öyrənməyə cəhd etdi. Və cənab Səfərli sualımızı dinlədikdən sonra “Sağ olun”, - deyərək dəstəyi asdı. Qeyd edək ki, KİVDF Azərbaycan Prezidentinin keçmiş köməkçisi və Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovun nəzarətində olub. Fondun sabiq sədri Vüqar Səfərli də Həsənovun yaxın çevrəsinə daxil olan adamlardan biridir.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Bu gün, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Bu gün, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Bu gün, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Bu gün, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Bu gün, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Bu gün, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
|