Azərbaycanda biabırçı brend oğurluğu: - “Az Granata” "Tovuz"dan nə istəyir?
Tarix: 10-07-2020, 17:13 | Çap et
Azərbaycanın 30 illik tarixə malik “Naigin K Tovuz Baltiya” şirkəti rəqib kompaniyanın brend oğurluğuna məruz qalıb.
Şirkətdən "BakuPost"a verilən məlumata görə, Azərbaycanın, o cümlədən, bir sıra başqa ölkələrin spirtli və alkoqolsuz içki bazarında müəyyən mövqeləri olan “Az Granata” MMC “Naigin K Tovuz Baltiya”ya məxsus “Tovuz” konyak brendini öz məhsulu kimi Ukrayna və daxili bazarda satışa çıxarıb.
Hazırda məşhur brend alıcılara məhz “Az Granata”nın məhsulu kimi təqdim olunur. “Naigin K Tovuz Baltiya” şirkətindən bildirlib ki, brend oğurluğuna əl atan “Az Granata” qanun qarşısında cavab verəcək:
“Hörmətli “Tovuz-Baltiya” məhsullarının keyfiyyətinə güvənən, inanan alıcılarımız. Partnyorlarmız, baxın, görün! Öz məhsullarının keyfiyyətinə güvənə bilməyən şirkətlərdən biri, konkret olaraq, “Az Granata” bizə məxsus olan “Tovuz” brendini saxtalaşdıraraq, o ad altinda keyfiyyətsiz məhsullarını bazara çıxarıblar. Həmin saxta məhsulların üzərindəki loqo və yazıların heç biri bizim şirkətə aid deyil! Biz bu saxtakarlıqla bağlı aidiyyatı qurumlara məlumat verəcəyik. Hər kəs bilsin ki, “Tovuz-Baltiya” öz keyfiyyətini çoxdan təsdiq edib! Bu saxtakarlığa əl atanlar qanun qarşısında cavab verəcəklər!”
“Az-Granata” MMC-nin ictimai işlər üzrə meneceri Ülvi Günəşli isə “BakuPost”a bildirib ki, səsləndirilən iddialarla razılaşmırlar.
O bildirib ki, həmin məhsulun patentini Ukrayna dövlətindən Əlimxan Mahmudov adlı şəxs alıb. “Az-Granata” MMC-yə isə öz loqoları ilə “Tovuz” konyakı şüşələrinə məhsul süzüb Ukraynaya göndərməyi Ə.Mahmudov sifariş verib.
“Naigin K Tovuz Baltiya” Şirkətlər Qrupunun təsisçisi və Baş direktoru Naiq Məmmədhəsənov isə bütün bunları “böyük rəzalət” adlandırıb:
""Tovuz Vino" şirkətinin səhmlərinin 50 faizi mənə, yəni “Tovuz” brendinin istesalçısına, digər 50 faizi isə Əlimxan Mahmudova məxsusdur. Hər kəs bilməlidir ki, məhsul harada istehsal olunursa, onun yeri və mənşəyi haqda bütün məlumatlar məhsulun üzərində qeyd olunmalıdır. Yəni hansısa şəhərdə istehsal olunan məhsul başqa bir şəhərin məhsulu kimi göstərilmir. Sadə dillə desək, Fransada yerləşən Konyak şəhəri də Tovuz və ya Ağsu kimi şəhərdir. Ona görə də məhsulun üzərində istehsal edildiyi şəhərin adı yazılmalıdır.
Konyak da Tovuz kimi bir əyalətdir. Eyni zamanda, Armanyak da, Kalvados da Ağsu kimi bir rayondur. O baxımdan, Konyakda istehsal olunan hər hansı brend məhsul Armanyakda da istehsal edilə bilməz. Eynilə də, Armanyakda buraxılan məhsulun Konyakda istehsalı mümkün deyil. Yəni hər bir regionun mənşə sertifikatına görə məhsul buraxılır. Hansısa regionun adından sui-istifadə edərək, məhsul buraxmaq həmin şirkətin imicinə böyük zərbədir. Özünə hörmət edən şirkət heç vaxt başqa bir brendi öz məhsulu kimi istehsal edib, bazara çıxarmaz. Çünki Ağsu ənənəvi üzümçülük bölgəsi kimi tanınıb. Bu gün Ağsunun qədim üzümçülük ənənəsinə malik olan “Tovuz”un 30 ilə yaxın müddətdə reklam olunan adından istifadəsi açıq-aşkar spekulyasiya və alverçilik cəhdidir".
N.Məmmədhəsənov bildirib ki, dünyanın heç bir yerində bu kimi cəhdlər qəbul edilmir:
"Azərbaycanın Nazirlər Kabinetinin regionların spesifik məhsul istehsalı ilə bağlı qərarı var. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə fransalı iş adamlarının birgə, geniş tərkibli tədbiri də keçirildi. Orada da qeyd olundu ki, hər bir regiona xas məhsulların məhz o bölgələrdə istehsal edilməsi məqsədəuyğundur. O baxımdan, konkret bir şirkətin hansısa brendin patentləşdirilməsindən asılı olmayaraq, bu və ya digər regionun məhsulunu öz adından istehsal etməsi yumşaq desək, yaxşı qarşılanmır.
Ona görə də, vaxtilə Nazirlər Kabinetində, Kənd Təsərrüfatı, İqtisadiyyat və Vergilər nazirliklərində müvafiq iclaslar keçirildi. Bu məsələyə dair mənim göndərdiyim xüsusi məktub da var. Təsəvvür edin ki, bizim “Tovuz” brendinə xas eyni butılka, eyni loqo, eyni qrafika və dizaynda, sadəcə, bizim loqonun əvəzinə öz loqolarını yerləşdirməklə, guya “məhsul” istehsal ediblər. Bu qədər zavodu, məhsulu, brendi, özünə görə ad-sanı olan bir şirkət belə bir oğurluğa əl atırsa, ona sadəcə, “ayıb olsun!” demək qalır.
Yenə deyirəm, “Tovuz Vino”nun səhmlərinin 50 faizi mənə, 50 faizi də Əlimxana məxsusdur. Bu barədə nəsə deməyə onun ixtiyarı yoxdur. Bir daha bildirirəm ki, onları məhkəməyə verəcəyik və brendimizi saxtalaşdırdıqları üçün təzminat ödəmələrinə nail olacağıq.
Onların bu əməli həqiqətən də, rəzalətdən başqa bir şey deyil. Brenddən istifadə zamanı heç olmasa, dizaynı müəyyən qədər dəyişdirməyə də ehtiyac görməyiblər. Yaxşı, mən də durub o şirkətin məhsulları olan “Xürrəmilər” və ya “Ağsu” arağı istehsal etsəm, buna nə münasibət olar? Bununla özümü gülüş hədəfinə çevirmiş olaram, hər kəs mənə gülər… İnanın ki, belə bir iş tutsam, intihar edərəm. Mənim özümə görə adım, nüfuzum var. Pula görə özlərini biabır edənlərə ayıb olsun! Belə bacarıqlısınızsa, gedin, başqa ölkələrin bazarlarına çıxın. Niyə bizim brendin kölgəsinə sığınırsınız? Görün, bu cür adamlar o şirkətin adını necə biabır edirlər. Çox ayıb olsun!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Bu gün, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Bu gün, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Bu gün, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Bu gün, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Bu gün, 16:19 |
|
|
|
• Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Bu gün, 16:13 |
|
|
|
• Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Bu gün, 16:11 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09 |
|
|
|
• Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05 |
|
|
|
• Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02 |
|
|
|
• Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01 |
|
|
|
• “Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59 |
|
|
|
• Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57 |
|
|
|
• “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52 |
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
|