"Dedilər ki, ya dediyimizi eləyəcəksən, ya da burada çürüyəcəksən..." - "İdeal" sahibib başına gətirilən müsibətlər...
Tarix: 17-07-2020, 08:58 | Çap et
 Azərbaycanda kosmetika, parfümeriya mallarının satışıyla məşğul olan "Sabina" və "İdeal" mağazalar şəbəkəsinin daxil olduğu "Adore Company" MMC-nin hesablarına həbs qoyulub. Bu barədə Xəzər Rayon Məhkəməsi qərar çıxarıb. Həbs qərarı şirkətin müxtəlif banklarda ("Paşa Bank", "Kapital Bank", "Unibank", "AFB Bank" və s.) olan hesablarını əhatə edir.
DİA.AZ xəbər verir ki, qərar "İdeal" mağazalarının keçmiş sahibi, "İdeal Company" MMC-nin təsisçisi və keçmiş baş direktoru İlqar İsmayılovun ərizəsi əsasında çıxarılıb. "İdeal"ın zorla əlindən alındığını deyən İ.İsmayılov bununla əlaqədar "Adore Company"ə qarşı məhkəmədə iddia qaldırıb. İddianın təmini tədbiri kimi də öncədən şirkətin bank hesablarına həbs qoyulmasını istəyib. Məqsəd də budur ki, gələcəkdə məhkəmə bu çəkişmədə onun xeyrinə qərar versə, tələb etdiyi məbləği qarşı tərəfdən ala bilsin. diaaz.space xəbər verir ki, məlumatı İ.İsmayılov da təsdiqləyib. Bildirib ki, ayrı-ayrılıqda beş məhkəmə iddiası qaldırıb, proseslər davam edir.
İşadamı "İdeal"dakı payının əlindən alınmasında suçladığı "Premium Bank" (keçmiş "SilkWay Bank") rəhbərliyinə qarşı da iddia qaldırıb. Eyni zamanda, müxtəlif dövlət orqanlarına şikayət edib. Vergilər Nazirliyindən aldığı cavab məktubunda yazılıb ki, bankda yoxlamalar nəticəsində qanunsuzluq halları aşkarlanıb, uyğun tədbirlər görülüb. Bu bankda adına 5 milyonluq saxta kredit müqaviləsi tərtib olunması haqda İ.İsmayılovun iddiasına gəlincə, işadamına bildirilib ki, bu, onlara aid məsələ deyil, məhkəməyə müraciət etsin: "Müraciətinizdə vergi orqanlarının səlahiyyətinə aid olmayan digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada məhkəməyə müraciət edə bilərsiniz".
İ.İsmayılov 1999-cu ildə "İdeal" mağazalar şəbəkəsini yaradıb, 2011-ci ilə qədər onun tək sahibi olub. İşadamının sözlərinə görə, həmin ilin noyabrında "Premium Bank" rəhbərliyində təmsil olunan şəxslərin təklifi ilə 100 faizlik payının 50 faizini onlara satıb. İşadamı iddia edir ki, şirkətdəki qalan 50 faizlik payını satması üçün 2015-ci ildən təzyiqlərlə üzləşib. Bu üzdən daha 25 faizi təhvil verməli olub. Qalan 25 faizə gəlincə, işadamının iddiasına görə, onu saxta ittihamla həbs edib, qalan payını da əlindən alıb buraxıblar:
"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib, qalan payımı da aldılar. 2017-ci ilin sentyabrında Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi, notarius dəvət elədilər. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. Dedilər ki, "ya dediyimizi eləyəcəksən, ya da burada çürüyəcəksən, uşaqlarını düşün". Həmin etibarnamə əsasında mənim 25 faizlik payım da alqı-satqı yoluyla əlimdən aldılar. Dərhal ev dustaqlığına buraxıldım, ardınca cinayət işinə xitam verildi".
"Premium Bank"dan isə mediaya bildirilib ki, İ.İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb. Onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İ.İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.
"İdeal Company" MMC adını dəyişərək sonradan "Adore Company" MMC kimi dövlət qeydiyyatına aldırıb. Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişiklik 10 yanvar 2020-ci ildə baş verib. Həmin ərəfədə şirkət "Sabina" mağazalar şəbəkəsini də alıb. Hər iki mağazalar şəbəkəsi hazırda "Adore Company" MMC-də birləşib. Rəsmi sənədlərə əsasən, "Adore Company"nin qanuni təmsilçisi isə Samir Əliyevdir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35 |
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
|