Başçının villalarının sayı-hesabı yoxdur, şəhid ailəsi isə daxmada yaşayır... - GİLEY
Tarix: 13-08-2020, 08:15 | Çap et
DİA.AZ: - Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Narazı vətəndaşın şikayətinin bir nüsxəsi də DİA.AZ-a daxil olub. Şikayətdə deyilir:
"Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərin istifadəyə verilməsilə əlaqədar, mən də şəhid ( Əbdürəhimov Faiq Məmmədəli oğlunun) anası kimi 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.lakin əvvəlcə növbəyə durmağım üçün Şəki İcra Hakimiyyəti Aparatında məni 8 ay süründürməçiliyə saldılar. Əvvəl dedilər bu sənədləri topla gətir, sonra dedilər ki, siz Bakıya gedib Sosal Təminat Nazirliyində mənzil qeydiyyatına alınmalısınız və buna bəznəzr “Şəki nağılları”ilə hər dəfə bizi vicdansız məmurlar süründürməçiliyə saldılar. Baxmayaraq ki, Şəki İcra Hakimiyyətinin başçısının 1-ci müavini cənab Həsən Həsənov mərhum həyat yoldaşım Məmmədəli ilə əmiuşaqları olublar. Yəni eyni zamanda cənab nazir Fikrət Məmmədovla da qohumdurlar. Çox get-gəldən sonra axır ki, 2011-ci ildə minnətlə məni mənzil qeydiyyatına aldılar. Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun. 9 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Məlumat var ki, ƏƏSMN-yi 2005-ci ildən indiyədək məhz şəhid ailələri və
Qarabağ əlilləri üçün 6 ədəd çoxmənzilli binalar tikib istifadəyə vermişdir. Deyilənlərə görə dövlət hesabına şəhid ailələri üçün tikilib istifadəyə verilmiş həmin mənzillərin əksəriyyəti İmişli rayonundakı “qayda qanun”la saxta əlilliyi olan və olmayan kənar şəxslərə “paylanmışdır”. Hesab edirik ki, bu faktları yerində araşdırmaq o qədər də çətin deyil. Çünki Şəki rayonundan olan mənim kimi şəhid ailələrinin heç yarısı mənzillə təmin olunmamışdır.Rəsmi məlumatda isə qeyd edilir ki, 11000 şəhid ailəsindən 2014-cü ildədək 5000-ə qədərinə dövlət hesabına mənzillər verilmişdir. Cənab Prezidentin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma biz bunu görmürük. Məsələn, bizim kənddə 18, Baş Layısqı kəndində 23, Baş göynük kəndində də 22 şəhid olmuşdur. Bu günə kimi heç birinə bir mənzil verilməyib. Və eləcə də digərləri. Hamısı da kasıb ailələrdir. Onlar da mənim kimi mənzil növbəsində dursalar da gözləməkdədirlər.
Onu da xatırladım ki, şəhid oğlum Faiqin əmisi Şamil Mahmudov Baş nazirin müavini olmuş cənab Abid Şərifovla quda olmuşlar. Və çox təəssüf ki, ağsaqqalımız Abid müəllimin də son 23 ildə bizim mənzil növbəmizin çatmasına köməklik etməyə gücü çatmamışdır.
Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım, nə övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm.Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu daxmadan yola salmışam. O cəbhəyə getməmişdən əvvəl Gürcüstana gedib muzdla işləyib həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Ddüzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzilə 28 kv m sahəsi olan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadğından toy edə bilmirəm. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşerron və Binəqədi rayonlarında kirayədə yaşayırlar.Özləri də iş tapa bilmirlər. Əhməd Rusiyada polis mayoru kimi işləmişdir. Digər kürəkənim Elmir də Prezident Qvardiyasında xidmət etmişdir. Bu günə qədər iş tapa bilmirlər.
Mən də bir 73 yaşlı şəhid anası kimi istəyirəm ki, 4 oğlumla və nəvələrimlə birlikdə dövlətin bizə verəcəyi mənzildə ömrümün son günlərini yaşayıb sonra bu dünyadan kök edim. Nə qədər gözləmək olar?Axı şəhid oğlum Faiq adi əsgər olmamışdır ki, təsadüfi düşmən gülləsindən şəhid olsun. O 1992-ci ilin sentyabrından 1994-cü ilin yanvarın 27-dək peşəkar hərbçi kimi könüllü olaraq döyüşlərin ən qızğın yerlərində olmuşdur. 1993-cü ildə Zəngilan cəbhəsində Daxili Qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq” kimi tanınan oğlumun başına niyə ermənilər 3 milyon rubl pul qoymuşdu? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədd boyu hücumlarının qarşısını almış və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərərk geri çəkilmək zorunda qalmışdır. Rəhmətlik Faiq əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdir.
Zəngilanın işğalından sonra Faiq Fizuli rayonu istiqamətində döyüşlərdə iştirak etmiş, Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak etmişdir. Bir daha xatırlatmaq istəyirəm ki, biz 10 nəfərlik ailəmizlə birlikdə 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşamışıq və indi də 28 kv.m-lik darısqal mənzildə yaşayırıq amma kimsəyə əl açmamışıq.
Mən 24 dekabr 2019-cu ildə də mənzil məsləsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək sizi evlə təmin ediləcəksiniz. Halbuki. Cənab prezident Sizin 20 iyun 2014-cü il tarixli Sərəncamınızda qeyd edilir ki, 2014-cü ilədək 5000-ə yaxın ailə mənzillə təmin edilmiş, və 2014-cü ilədək uçota durmuş qalan 5000 ailəni də 2014-2018-ci illər ərzində təmin etmək lazımdır. Lakin mən 9 ildir ki, şəhid ailəsi növbəsində 11-ci olmaqla yerimdə sayıram. Guya bu 9 ildə heç bir şəhid ailəsinə mənzil verilmədi. Amma mən bilirəm ki, qonşu Biləcik kəndindən bir şəhid ailəsi məndən sonra növbədə olsa da ona dərhal mənzil verdilər. Qısası, mənim 5000 manat pulum olmadığına görə bundan sonra 100 il də gözləsəm bu “VİCADNLI” məmurlar evlə təmin edən deyillər. Lakin 5 gün əvvəl yerli kənd bələdiyyə sədri Yusif müəllim zəng edib bildirdi ki, bir yer göstərin Nazirlikdən Sizə həyət evi tikmək üçün göstəriş gəlib. Mənim belə yerim 4.5 ha pay torpağımdır ki, o da kənddən 6 km uzaqdadır.
Hazırda 73 yaşım var. Xəstəyəm. Cənab Prezident və Mehriban xanım. Sizdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək,digər oğullarımı da bir yerə yığıb yaşamağım üçün bir şəhid ailəsi olaraq bizə veriləsi mənzilləri rüşvətlə kənar şəxslərə sartmış şəxslərin tapılıb cəzalandırılmasını və həmin evlərin boşaldılaraq mənim kimi real şəhid ailələrinə verilməsinə göstəriş verəsiniz. Əvvəlcədən "sağ olun" deyirəm"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00 |
|
|
|
• Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58 |
|
|
|
• Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26 |
|
|
|
• “Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17 |
|
|
|
• Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07 |
|
|
|
• Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02 |
|
|
|
• İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00 |
|
|
|
• Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58 |
|
|
|
• DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49 |
|
|
|
• Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47 |
|
|
|
• Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39 |
|
|
|
• Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35 |
|
|
|
• “Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33 |
|
|
|
• Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28 |
|
|
|
• Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25 |
|
|
|
• “Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14 |
|
|
|
• İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13 |
|
|
|
• Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07 |
|
|
|
• İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02 |
|
|
|
• "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58 |
|
|
|
• Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54 |
|
|
|
• İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52 |
|
|
|
• “Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50 |
|
|
|
• FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46 |
|
|
|
• Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42 |
|
|
|
• ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38 |
|
|
|
• İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37 |
|
|
|
• Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20 |
|
|
|
• Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13 |
|
|
|
• “AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10 |
|
|
|
• "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00 |
|
|
|
• Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59 |
|
|
|
• Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51 |
|
|
|
• Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43 |
|
|
|
• Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38 |
|
|
|
• Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• "Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33 |
|
|
|
• “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26 |
|
|
|
• Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23 |
|
|
|
• "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18 |
|
|
|
• "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09 |
|
|
|
• Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03 |
|
|
|
|