Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                 

Bu şəraitdə nə üçün atəşkəsə getməliyik ki? - Bu, ancaq DÜŞMƏNİN İŞİNƏ YARAYAR!
Tarix: 9-10-2020, 08:58 | Çap et
Bu şəraitdə nə üçün atəşkəsə getməliyik ki?
Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda Ermənistanla apardığı müharibə davam edir. Sentyabrın 27-dən etibarən döyüş meydanında hərbi əməliyyatlarla birlikdə Azərbaycan bütün dünya boyu informasiya müharibəsi də aparmaqdadır. Torpaqlarımızı işğal edən Ermənistan yalan və böhtan dolu məlumatları yaymaqla məşğuldur.

Siyasi, hərbi və informasiya cəbhələrində gedən müharibədə Azərbaycan və Ermənistan rəhbərliyi də iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyev dörd dildə (Azərbaycan, ingilis, rus və türk) nüfuzlu nəşrlərə müsahibələr verərək ölkəmizin haqq səsini dünyaya çatdırır. Bu müsahibələrdə Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalında olması, ötən müddət ərzində sülh danışıqlarının faydasız qalması, Nikol Paşinyanın timsalında Ermənistanın yeni rəhbərliyinin sülh danışıqlarını çıxılmaz nöqtəyə gətirməsi arqumentlərlə, əsaslandırılmış şəkildə beynəlxalq ictimaiyyətə çatdırılır.

Oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində də İ.Əliyev ölkəmizin mövqeyini ifadə edərək bildirib ki, atəşkəs birtərəfli qaydada əldə oluna bilməz: “Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub.

Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk Qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir".

Ermənistanın daim sülh danışıqların mane olduğunu xatırladan Azərbaycan Prezidenti indi bu ölkənin atəşkəs istədiyini bildirib: “İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq”.

İ.Əliyev bir daha Ermənistanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarını pozan açıqlamalarını xatırladıb: “Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, ”Qarabağ Ermənistandır" deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə - iyul, avqust və sentyabr aylarında hücum edirlər. Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq".

Prezident Türkiyənin münaqişədəki rolundan da danışıb: “Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistan pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb”.

İki gün əvvəl CNN Türk-ə verdiyi müsahibəsində İ.Əliyev Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları olduqlarını qeyd edib: “Bizim mübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bir neçə dəfə açıqlamışam. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu işlərdə, bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni mülki şəxslərə qarşı müharibə etməyib. Mən artıq bu günlərdə də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tam hüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza, şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək”.

Ermənistanın baş naziri Nikol Paşinyan isə xarici informasiya vasitələrinə verdiyi açıqlamalarla öz-özünü dolaşdırır. O, gah Azərbaycanla müharibəni Dağlıq Qarabağın apardığını deyir, gah “Qarabağ Ermənistandır” kimi sərsəm açıqlamasını təkrarlayır, gah da beynəlxalq aləmi qondarma “DQR”i tanımağa çağırır. O, oktyabrın 7-də “Euronews” televiziyasına müsahibəsində bu çağırışı edərək, bu addımın Azərbaycanı dayandıracaq yeganə yol olduğunu isbat etməyə çalışıb.

Rusiyanın “Pervıy kanal” telekanalına müsahibəsində isə Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını, döyüş meydanında uğur əldə edəcəkləri təqdirdə müharibəni Azərbaycanın Gəncə və digər bölgələrinə keçirəcəklərini bəyan edib. Göründüyü kimi, işğalçı Ermənistanın rəhbərliyi nəinki işğal etdiyi torpaqlardan geri çəkilmək, hətta Azərbaycanın başqa ərazilərini də işğal etmək niyyətində olduqlarını açıq şəkildə bəyan edir.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Ermənistan rəhbərliyi ikiüzlülüyünü davam etdirir: “Bir tərəfdən deyir ki, biz güzəştlərə hazırıq, başqa tərəfdən çağırış edir ki, qondarma qurumun müstəqilliyi dayandırılsın. Fakt odur ki, indiki halda hərbi əməliyyatların dayandırılması sülh gətirməyəcək. Atəşkəs elan etmək, danışıqlar masasına əyləşmək Azərbaycana sərf etmir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda məsələni çox yaxşı qoydu. Dedi ki, 27 il danışıqlar gedib, atəşkəs olub, nə faydası olub ki, indi də nə ola. Azərbaycan Prezidenti də qətiyyətli mövqe ortaya qoyub. Biz nə Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlara gedəsiyik, nə ordunun həmlələrini dayandırasıyıq. Artıq düyməyə basılıb və mexanizm işə düşüb. Bu mexanizm Ermənistanı sülhə məcbur etməyi nəzərdə tutur və buna da yalnız hərbi yolla nail olmaq mümkündür. On iki gündür hərbi əməliyyatlar başlayıb, artıq onlar itkilərinin yerini doldura bilmirlər. Vəziyyətləri getdikcə də pisləşəcək. Azərbaycan Ordusu inamla irəliləyir, ərazilərimizi azad edir. Bu şəraitdə nə üçün atəşkəsə getməliyik ki? Onların bütün absurd çıxışlarına baxmadan, biz öz işimizi görməliyik”.

Politoloq bildirir ki, Ermənistanı dəstəkləyib, haqsızın yanında olan dövlətlərin bu gün Cənubi Qafqaza heç bir təsir imkanları yoxdur: “Regionda təsir imkanı olan yeganə ölkə Rusiyadır. Rusiya prezidenti də açıq şəkildə bəyan etdi ki, hərbi əməliyyatlar Ermənistan ərazisində getmir. Rusiyanın Ermənistana münasibətdə öhdəlikləri var, Dağlıq Qarabağa münasibətdə yox. Bu şəraitdə yeganə söz sahibi ordudur, ordu da öz sözünü deyir”.

E.Şahinoğlunun sözlərinə görə, işğalçı ölkənin baş naziri haqsız olduğuna görə müntəzəm olaraq xarici jurnalistlərin sualları qarşısında aciz qalır: “Dörd dildə ölkəmizin mövqeyini dünyaya çatdıran Azərbaycan Prezidentindən fərqli olaraq Ermənistanın baş naziri qeyri-peşəkar siyasətçi olduğunu hər addımda hiss etdirir. Onlar arasındakı böyük fərqi xarici jurnalistlər, hətta Rusiya mətbuatı da açıq şəkildə qeyd edir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru