"Binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın?.." - ETİRAZ
Tarix: 27-08-2021, 09:07 | Çap et
!["Binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın?.." "Binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın?.."](/uploads/posts/2021-08/thumbs/1630040863_0001.jpg) Yeni dərs ilinin açılmasına sayılı günlər qalıb. Ölkədə pandemik vəziyyət isə gündən-günə pisləşməkdədir. Yoluxma və ölüm sayı durmadan artır. Belə bir vəziyyətdə hamını maraqlandıran əsas sual məktəblərin açılıb açılmamasıdır. Operativ Qərargahın son brifinqində məktəblərin açılacağı ilə bağlı verilən məlumat hər gün səsləndirilən yoluxma sayı ilə tərs mütənasibdir. Pandemiyanın ən ağır zərbə vurduğu sahə təhsil sistemi oldu. Artıq il yarımdır ki, şagirdlər kiçik istisnalar olmaqla məktəbdən uzaq düşüblər. Bu isə tədrisin keyfiyyətinə, övladlarımızın bilik səviyyəsinə mənfi təsir göstərir. Bütün bunların fövqündə Təhsil nazirliyi hansı addımları atdı və yaxud atır? Heç bir effekti olmayan yay məktəbi təşkil etməklə görüntü yaradıldı. Bəllidir ki, yeni dərs ili üçün də aydın strategiya yoxdur. Uzaq başı “köhnə hamam köhnə tas” prinsipi işə düşəcək. Hə, bax bu köhnə məsələsində bir az vaxtınızı alacağam. Öz prinsiplərinin köhnəliyindən bezməyən Təhsil nazirliyi sadəcə bir işdə yeniliyin tərəfdarıdır. Məktəblər köhnə,uçuq-sökük olsa da olar, şagirdlərin dərsliklərlə, digər ləvazimatlarla təchizatında da nöqsanlar ola bilər, məktəblərdə dərslərin distant olması da şərt deyil. Əsas odur ki, hər il şagirdlər məktəblərə yeni formada getməlidirlər. Qiymətləri 40-50 manat olan,əksər hallarda da keyfiyyətsiz parçadan tikilən formalar mütləq satılmalıdır. Artıq nazirliyin təbirincə kitab bilik mənbəyi deyil, geyim bilik mənbəyidir! Amma nazirliyin sərin kabinetlərində oturub pürrəngi çay içə-içə millət dərdi çəkən islahatçı cənablar fikirləşmirlər ki, iki ilə yaxındır ki, günü göy əskiyə bükülən, qoz qabığına salınan binəva millət bu paltarları necə alacaq. Axşam evinə bir parça çörək aparmaq üçün min bir əziyyətə qatlaşanları hər il eyni çətinliyə salmaq nəyə lazımdır. Bir evdən 2-3,bəzən daha çox uşağın məktəbə getdiyini nəzərə alsaq bunun ailə büdcəsinə neçəyə başa gəldiyini düşünürmü bu moda həvəskarları? Pandemiya dövründə Azərbaycandan dəfələrlə kasıb olan bir çox ölkələrdə şagirdlərə tabletlər paylanıldı, yüksək sürətli internetlə təmin olundu. Bizdə isə məktəb olmaya olmaya məktəbli forması satıldı. İndi də beş-on günlük açılacağı hələ dəqiq məlum olmayan məktəblər üçün yenidən forma satışına başlanılıb. Valideynləri övladları qarşısında niyə çətin vəziyyətə salırsınız, utandırırsınız? Dükan-bazarın od tutub yandığı, qiymətlərin əl yandırdığı indiki zamanda binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın? Atanı övladı qarşısında, uşağı uşaq yanında niyə utandırırsınız? Özünüz utanmalı olduğunuz halda xalqı niyə qızardırsınız?! Məncə təhsil sisteminə cavabdeh olanlar bu paltar sevdasından əl çəkib tədrisin keyfiyyəti haqqında fikirləşsələr yaxşı olar. Paltar biznesi gəlirli sahə olsa da millətin gələcəyi daha vacibdir. Siz dərsinizi düzgün keçin, camaat özü paltarını geyinib gələcək ! Sonda böyük Sabiri bir daha rəhmətlə anırıq...
Zahida, gəl soyunaq bir kərə paltarımızı, Çıxaraq zahirə batindəki əfkarımızı, Pişgahi-nəzəri-xəlqə dutaq varımızı, Görüb onlar dəxi təhqiq eləsin karımızı, Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar bir oyansın, a balam!
Nicat Mahmudov Rubrika.Az
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
|