21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                 

"Ağacların kəsilməsinə etiraz etdiyimə görə işdən çıxarıldım” - ÖZBAŞINALIQ!
Tarix: 2-12-2021, 08:41 | Çap et
"Ağacların kəsilməsinə etiraz etdiyimə görə işdən çıxarıldım”
"Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 13 saylı dolayında aralarında "Qırmızı kitab”a düşən azat ağacı da olmaqla 400-dən çox iri və xırda diametrli ağacları kəsiblər. İzi itirmək üçün diblərinə işlənmiş mühərrik yağı çəkiblər”.

Bunu Meydan TV-yə Masallı rayon sakini, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq əməkdaşı, 2-ci qrup əlil Kərəm Ağayev bildirib.

Marketinq cookie-lərini qəbul etmək və bu məzmunu aktivləşdirmək üçün klikləyin.

Kərəm Ağayevin sözlərinə görə, iridiametrli ağaclar material kimi kəsilərək sexlərə daşınıb. O, meşələrin məhv edilməsi ilə bağlı şikayətlərindən sonra işdən çıxarıldığını deyib: "Keçmiş iş yoldaşlarımın çoxundan fərqli olaraq, çalışdığım sahə üzrə yeganə ali təhsilli işçiyəm. Meşədə ağacların qırılmasına etiraz etdiyim üçün işdən uzaqlaşdırıldım”.

Şikayətçi deyib ki, 2019-cu ilin martından bu ilin sentyabrınadək həmin müəssisədə çalışıb.

"Müdiriyyət müxtəlif qanunsuzluqlara yol verirdi. Məsələn, meşə torpaqları satılıb, yerində istirahət mərkəzləri tikilib. Məni məcbur edirdilər ki, həmin yerləri qeyri-meşə fondu kimi, yaxud köhnə tikili kimi göstərim. Buna görə də dəfələrlə təzyiqlə üzləşmişəm. Narazılıq edəndə deyirdilər ki, işdən çıxarılacaqsan və "qara siyahıya” salınacaqsan”, - şikayətçi deyib.

Onun sözlərinə görə, iyulun sonunda mərkəzin müdiri payıza hazırlıq məqsədilə 1,9 ha əkinin sxem və koordinatlarını 2-3 saat ərzində hazırlayıb, nazirliyə göndərməli olduğunu söyləyib.

Bu zaman Kərəm Ağayev 1,9 ha ərazini işləmək üçün 2-3 saatın bəs etmədiyini, üstəlik o ərazilərə gedib, yerindəcə bu işin görülməli olduğunu bildirib: "Dedim ki, torpaq qanunla baxış keçirildikdən sonra kadastr olunmalıdır. Müdriyyət isə benzinin bitməsini, vaxtın azlığını bəhanə gətirdi, etiraz etdim və araya narazılıq düşdü", - Ağayev söyləyib.

Narazılıqdan sonra Ağayevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt” xidmətinə zəng vuraraq şikayət etməsi problemi daha da artırıb.

Kərəm Ağayev deyib ki, bundan sonra bir həftədə iki töhmət alıb.

"Müdriyyət şikayət etdiyimi öyrəndikdən sonra xəbərim olmadan iclas keçirib. Avqustun 31-də nizam-intizam qaydalarını pozduğuma görə mənə töhmət yazıldığını öyrəndim. Artıq işdən qovulacağımı hiss edirdim. Buna görə də işdən çıxarılmamışdan qabaq – sentyabrın 4-də onları ifşa etmək üçün Baş Prokuroluğa, bu işlərlə mübarizə aparan "Ecofront” təşkilatına xəbər edib, məsələnin ictimailəşdirilməsini xahiş etdim. Nazirlik etdiyim şikayəti araşdırmadı", - şikayətçi qeyd edib.

Kərəm Ağayev sosial şəbəkələrdə Masallı meşələrində baş verənlərlə bağlı məlumat paylaşandan sonra ikinci töhməti aldığını, daha sonra işdən çıxarıldığını da bildirib. Ona deyiblər ki, idarənin sirrini yaydığı üçün işdən çıxarılır: "Əmək Məcəlləsinin tələblərinə görə, işdən çıxarılanda ailə vəziyyəti, əllilik dərəcəsi nəzərə alınmalıdır. Amma nəzərə almayıblar, öhdəmdə azyaşlı övladım da var”.

"Ecofont” İctimai Birliyi Ağayevin şikayətindən sonra Masallı meşələrinə baxış keçirib.

Şikayətçi deyir ki, sənəd üzərində 1000 ha dövriyyədə əkin olduğu göstərilib. Bu əkinlərin 800 ha yoxdur, halbuki hər ay bu əkinlərə görə pul silinir: "138 ha əkin sahəsi məhv olub, amma sənəd üzərində ərazini örtülü meşə sahəsinə keçiriblər. 2016-cı ildən bu yana hər ay olmayan əkin sahəsinə pul ayrılıb. Belə faktlar çoxdur. Hər bir iddiamı sənədlərlə təsdiqləyə bilərəm. Meşə torpağı daşınaraq kərpic zavodlarına satılır. "Ecofont” da araşdırmadan sonra deyilən faktları təsdiqlədi. Ağacların kəsilməsi, saxta yolla sənədləşdirməsi faktları da çoxdur və doğru araşdırma aparılsa, illərlə meşə təsərrüfatına vurulan zərər bəlli olar. Nazirlikdən isə deyirlər ki, burdan çörək yeyirsən, amma "Ecofont”a şikayət edirsən”.

Şikayətçi Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə ünvanladığı müraciətin düzgün araşdırılmadığını deyib.

Dövlət Əmək Müfəttişliyinin Mətbuat Xidmətindən isə Meydan TV-yə bildiriblər ki, Kərəm Ağayevin şikayəti araşdırılıb və özünə cavab göndərilib: "Şikayətdən narazı olmaq onun haqqıdır və istəyərsə məhkəməyə müraciət edə bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildiriblər ki, mətbuat katibi İradə İbrahimova hazırda məzuniyyətdədir. Nazirliyin digər şöbələrindən isə suallara cavab vermək istəməyiblər.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru