"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                     "Fikirləşdim ki, susum, danışmayım, amma..." .....                     Təyyarə qəzası ilə bağlı ilginc məqam .....                     Əclaf Qaro Paylan bilirsinizmi kimdir? .....                     Xairə İslamdan Nicat haqda sərt ittihamlar .....                     Paşinyan Azərbaycandan “yox” cavabı alacaq .....                     "Bu müzakirələr mənə daha da stimul verdi..." .....                     Azərbaycanda bu iki nazir postu boşdur .....                     Flora Kərimovanın vəkili Sevinc Heydərovanın .....                     "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? .....                     İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                 

Muxtar Respublikada MALİYYƏ MAXİNASİYALARI... - “Rabitəbank” kredit yox, sələm verirmiş...
Tarix: 13-01-2022, 08:29 | Çap et
Muxtar Respublikada MALİYYƏ MAXİNASİYALARI...
Naxçıvan Muxtar Respublikasında maliyyə maxinasiyası barədə dəfələrlə məlumat vermişik. Onu da qeyd etmişik ki, hər il Azərbaycan büdcəsindən 100 milyonlarla vəsait alan Muxtar Respublika hakimiyyəti əlinə düşən milyonları necə gəldi xərcləyir, paytaxtın ayırdığı dotasiyadan “kiçik torpaq” sakinlərinin faydalanmasına imkan vermir, nəticədə çörəklə imtahana çəkilən əhali yurd-yuvalarını tərk edib dünyanın müxtəlif ölkələrinə axışırlar. Şüurlu və ya şüursuz yerli rejim tərəfindən boşaldılan Naxçıvan Allahın umuduna buraxıldığı halda, Muxtar Respublikanın inkişafına ayrılan vəsaitlər israfçı layihələrin “reallaşmasına” sərf olunur. DİA.AZ bildirir ki, bu barədə ovqat.com saytı məlumat yayıb.

Qeyd edək ki, bu xüsus 2019-cu ilin 18 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə də eyhamlı üslubla qarşı tərəfin diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev Naxçıvanda görülən işlər barədə Vasif Talıbova müxtəlif suallar vermiş, aldığı cavablara uyğun tərzdə bir az da nəzakət xətrinə onun quruculuq qabiliyyətini tərifləmiş, sonunda isə əsl sözünü demişdi: “Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın”.

Sanki Prezident bununla demək istəmişdir ki, bayaqdan mənə sadaladağınız bütün böyük “yatırımlar” Muxtar Respublika büdcəsinə ildə cəmi 83 milyon manat gətiribsə, çox da sinəyə döymək lazım deyil. Üstəlik, həmin illik yığıma gömrük rüsumları da daxildir. Azərbaycanda gömrük rüsumları hardasa illik yığımların yarısını təşkil edir. Yəqin ki, Naxçıvanda da elədir. Bu hesabla, bayaqdan böyük şövqlə bəhs etdiyiniz iqtisadi layihələrdən cəmi 40-43 milyon manat vergi yığa bilmisiniz. Bu isə böyük layihələr kimi ağızdolusu təqdim etdiyiniz xəyali iqtisadiyyata ayrılan vəsaitlərin göyə sovrulmasından başqa bir şey deyil.

Azərbaycan Prezidentinin incə eyhamla xatırlatdığı həqiqətlər bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında da masaya yatırılıb.

Ovqat.com-un məlumatına görə, kollegiya iclası dövlət vəsaitlərinin səmərəli istifadəsinə, daha doğrusu, ən azı bu zamanadək səmərəsiz istifadəsinə həsr olunub və təkcə 2021-ci ildə Muxtar Respublikada 71 vəzifəli şəxs dövlət büdcəsindən “səmərəli istifadə etmədiyi” üçün cərimələnib və göyə sovrulan vəsaitlər yenidən büdcəyə qaytarılıb. İl ərzində 10 milyon manata yaxın vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb. Başqa sözlə, milyonlarla manatlıq dövlət vəsaiti korrupsiya şirinin ağzından çıxarılıb (Ərdəbil imam-cüməsi ayətullah Amilinin qulağına qurğuşun).

Muxtar Respublikanın Maliyyə Nazirliyinin kollegiya iclasında o da bildirilib ki, təşkil edilən maliyyə nəzarət tədbirləri zamanı müəssisələrin mühasibatlıq sənədləri təftiş olunub, yol verilmiş nöqsanlar və digər qanun pozuntuları nəticəsində vurulmuş ziyan müəyyənləşdirilərək təqsirli şəxslər tərəfindən dövlət büdcəsinə bərpa edilib. Bundan əlavə, 2021-ci ildə muxtar respublika üzrə, ümumilikdə, 315 min 286 manat məbləğində vəsait bərpa edilərək dövlət büdcəsinə qaytarılıb. Yerində təşkil olunmuş yoxlamalar zamanı müəssisə və təşkilatlarda əmək intizamına əməl edilməməsi, təyinatdan kənar xərc əməliyyatları, əsassız xərclərə səbəb olan qurğuların istifadəsi və enerjidən israfçılıqla istifadə halları aşkarlanaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, 71 vəzifəli şəxsə cərimələr tətbiq edilərək, ümumilikdə, 15 min 40 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Maraqlıdır ki, Muxtar Respublikada göyə sovrulan vəsaitlər təkcə Azərbaycan tərəfindən ayrılan dotasiyalar da deyil. Naxçıvanda fəaliyyət göstərən bir sıra banklar da paytaxtdan gələn pullara dədə malı kimi baxıb və necə gəldi istifadə edib. Bir müddət əvvəl xəbər veridiyimiz kimi, “Kapital”, “Rabitə” kimi bankların regional şöbələrində aparılan audit yoxlamalarında ciddi yeyintilər aşkarlanıb. İddialara görə, ötən ilin son aylarında “Rabitəbank”da ilk audit yoxlamaları keçirilib. Həmin vaxt yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanmasa da, müfəttişlər Bakıya qayıtdıqdan sonra Naxçıvandakı hesabla mərkəzdəki hesab arasındakı fərq diqqəti cəlb edib. Qısa müddətdən sonra ikinci audit heyəti bölgəyə yollanıb. Məlum olub ki, sənədlərdə göstərilən külli miqdarda vəsait təyinatı üzrə transfer olunmayıb. Bankın xəzinəsində də bu vəsaitlərə rast gəlinməyib. Təxminlərə görə, Naxçıvandakı bir çox banklar, o cümlədən “Rabitəbank” vətəndaşlara kredit əvəzinə faizə pul verirmiş. Bu sələmçilik hesabına banklar yox, yerli bankirlər qazanırmış.

İddialara inansaq, “Rabitəbank”ın kassiri və rəhbəri barəsində istintaq prosesi başlayıb, digər banklarda da yenidən audit yoxlamaları başlayacağı gözlənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07
"Toy gözləməyin" - VİDEO
Dünən, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Dünən, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru