Beyləqanda Təzəkənddə köhnə KORRUPSİYA... - BU DA FAKT!!!
Tarix: 24-05-2022, 16:22 | Çap et
Yerli özünüidarəetmə qurumlarında bələdiyyə-vətəndaş münasibətlərin düzgün qurulması, o cümlədən vətəndaş müraciətlərinə baxılmasına həssaslıqla yanaşılması, ictimai etimadın artırılması istiqamətində tədbirlər görülməsi, fəaliyyətdə hesabatlılıq və şəffaflığa əməl olunması kimi gəlişigözəl sözlərə indi bəlkə də yalnız Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin orqanı olan qəzet və saytda rast gəlmək olar. Bələdiyyələrlə bağlı gerçək vəziyyətin acınacaqlı olması isə uşaqdan-böyüyə hamıya məlumdur. Təəssüflər olsun ki, bu təsisat yarandığı vaxt ona bəslənilən ümidləri doğruiltmadı və yerli icra hakimiyyətlərinin “torpaqsatan” mexanizminə çevrildilər. Beyləqan rayonunun Təzəkənd bələdiyyəsinin sədri Fərhad Ağayevin yarıtmaz fəaliyyəti barədə KİV-də, o cümlədən, RealMediaaz.space saytında əvvəllər də tənqidi yazılar gedib. Aralarında şəhid ailələri, müharibə iştirakçıları, qazilər olan kənd sakinləri, kənd təsərrüfatı məhsulları istehsalçıları iddia ediblər ki, Fərhad Ağayevin üç il yarım əvvəl bələdiyyəyə əvvəlcə üzv, sonra da sədr seçilməsi saxtakarlıqlarla müşayiət olunmuş, onu bu vəzifəyə rayon icra hakimiyyətinin başçısı de-fakto təyin etmişdir. “Nolovoy karta” deyilən 90 hektar ərazini əhatə edən dəmyə torpaqlarının istifadəçiləri şikayətlənirdilər ki, sədr vəzifəsinin icrasına başlayandan heç kimlə məsləhətləşmədən təkbaşına qərarlar verməklə məşğul olan Fərhad Ağayev 2020-ci ildə imzaladığı 09 saylı protokolla bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergini heç bir əsas olmadan 35 faiz, yəni, hər hektara görə əvvəlki 60 manatdan 80 manatadək artırıb. Bu da dolanışığı torpaqdan çıxan kənd sakinlərinin haqlı narazılığına səbəb olub. Onlar həmçinin vergini artırmaqda pərgar olan bələdiyyə sədrini rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflığı təmin etməməkdə, bələdiyyə büdcəsinə yığılan vəsaitin necə və hansı istiqamətdə xərclənməsi barədə kənd sakinlərinə və ictimaiyyətə hesabat verməməkdə, abdlıq-quruculuq işləri görmək əvəzinə gününü restoranlarda eyş-işrətdə keçirməkdə qınayırdılar. Yayılan məlumatlarda hətta qeyd olunurdu ki, el içində “Bələdiyyənin Kefli İsgəndəri” ayaması verilmiş Fərhad Ağayev təkcə spirtli içki aludəçisi kimi deyil, başqa zərərli vərdişlərin də düşkünü kimi tanınır: “Beynini bürüyən duman təkbaşına qəbul etdiyi qərarlara da öz mənfi təsirini göstərir, bələdiyyə büdcəsinə keçirilməli və səmərəli istifadə olunmalı pulları hara, necə xərclədiyini bilmir. Əvvəllər AXCP üzvü, qatı müxalifətçi kimi tanınan Fərhad Ağayevin siyasi orientasiyasının indi də şübhə doğurduğu bildirilir”. Budur, redaksiyamıza Təzəkənd kənd bələdiyyəsinin sədrinin işdəycələri barədə həmkəndlilərinin növbəti məktubu daxil olub. Bildirilir ki, Fərhad Ağayevin sədrlik etməyə başladığı 2018 – ci ili son 3 ayında bələdiyyə tərəfindən 9880 manat, 2019-cu il ərzində 29080 manat, 2020-ci ildə 24500 manat, 2021-ci ildə 20300 manat, cari 2022-ci ilin ötən dövrü ərzində isə 4000 manata yaxın torpaq və əmlak vergisi toplanıb. Bu vəsaitdən yalnız 2018-ci ildə vur-tut 16 yük maşını çınqıl daşınmaqla kəndə yol çəkilib. 2020-ci ildə bələdiyyənin hesabına bir küçəyə 6 yük maşını, bir şəhid ailəsi yaşayan məhəllədaxili yola 2 yük maşını çınqıl daşınıb. Bundan başqa, son üç ildə hər il Təzəkənd bələdiyyəsinə 2200 manat dövlət tərəfindən dotasiya, “Azercell” mobil operatoru ilə tərəfdaşlıq sazişi çərçivəsində ildə 1000 manat pul vəsaiti ayırılıb. Bütün bunların müqabilində sadaladığımız cüzi istisnalar olmaqla, bələdiyyə yerli əhəmiyyətli sosial məsələlərin həlli istiqamətində heç bir iş görməyib. Həmçinin qeyd olunur ki, pandemiya və Vətən müharibəsi dövründə Təzəkənd bələdiyyəsinə başqa xeyriyyəçilər tərəfindən də verilən ianələr də Fərhad Ağayev və işbaz ortaqları tərəfindən şəffaf xərclənməyib, mənimsənilib. Eyni zamanda, məlumata görə, F.Ağayev bələdiyyənin perspektiv inkişaf fondundan hər biri 12 sot olmaqla 11 həyətyanı torpaq sahəsini özünə götürüb, qohum – əqrəbasının adına sənədləşdirib. Nəhayət, başqa bir məınbədən öyrənmişik ki, Fərhad Ağayevin qutudan qalib çıxarıldığı bələdiyyə seçkilərində Təzəkənd kənd sakinləri Cəfərova Sahibə Nəsib qızı və digərləri onların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına şikayət etmiş, lakin Fərhadın tapdığı havadarların təzyiqi ilə Komissiyanın ekspert qrupu “şikayətin verilməsi qaydalarının tələb etdiyi 3 gün müddətinin ötürüldüyünü” əsas götürərək geri qaytarmışdır. Göründüyü kimi, bütün bu sadalanan faktlar öz mahiyyətinə görə korrupsiya hüquqpozmalarıdır və məhz Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmalıdır. //RealMedia-az.shop//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33 |
|
|
|
• Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25 |
|
|
|
• Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22 |
|
|
|
• “Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20 |
|
|
|
• Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15 |
|
|
|
• AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11 |
|
|
|
• “Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06 |
|
|
|
• Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02 |
|
|
|
• "Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Dünən, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Dünən, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Dünən, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Dünən, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Dünən, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Dünən, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Dünən, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Dünən, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Dünən, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Dünən, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Dünən, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Dünən, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Dünən, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Dünən, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Dünən, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Dünən, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Dünən, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Dünən, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Dünən, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Dünən, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Dünən, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Dünən, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Dünən, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Dünən, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Dünən, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Dünən, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Dünən, 16:04 |
|
|
|
|