Məhbus şair Sərvər Məsumun evini yıxırlar - BU NƏDİ BELƏ?!
Tarix: 5-02-2024, 08:59 | Çap et
Şair Sərvər Məsum. Yəqin ki, mənim kimi bir çoxlarınız da onu milli ruhlu şeirləri və bulunduğu hər ortamda “boz qurd” salamı ilə tanımısınız.
Sərvər bəy ötən ilin yay aylarında həbsə məruz qaldı. Həbsinin səbəbləri barədə mülahizə yürütmək istəmirəm. Məni narahat edən Sərvər bəyin məhbəsdə olduğu bir zamanda evin sökülmə ehtimalıdır.
Ailəsinin bildirdiyinə görə, məhəllələrində bütün mənzilləri sökülüb. Cəmi 4 mənzil qalıb. Biri də Sərvər Məsumun evidir. Söküntünü "Marbel Construction" Məhdud Məsuliyyətli Cəmiyyət aparır.
Sərvər Məsumun evi ətrafında yaranmış vəziyyəti bu linki tıklayaraq seyr edə bilərsiniz:
https://www.facebook.com/heyder.oguz/videos/210615965406133
Şairin həyat yoldaşı Məsumova Şəfiqə Bəhlul qızının dövlət orqanlarına göndərdiyi məktubu təqdm edirik:
Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında yaşayan Məsumova Şəfiqə Bəhlul qızı tərəfindən müraciət
Mən, Məsumova Şəfiqə Bəhlul qızı 1999-cu ildən Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Vətənə, millətə layiq savadlı gənclərin yetişməsində bir vətəndaş-müəllim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirirəm.
Ümumilikdə 33 illik pedaqoji stajım var. 2000-ci il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.
2003-cü il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33Q ünvanında oğlum Nurlan Məsum və Hacılı Lamiyə ilə qeydiyyatdayıq və hal-hazırda iki azyaşlı nəvəm də bizimlə yaşayır. Yaranmış təhlükəli vəziyyətlə bağlı qızım və nəvələrim başqa yerdə yaşamağa məcbur olublar. Ailəmin rahatlığı, əmin-amanlığı, sağlam muhitdə yaşamaq hüququ əlimizdən alınıb. Bunun səbəbkarı özlərini əvvəllər "Çarbağ" , daha sonra "Marbel Construction" Məhdud Məsuliyyətli Cəmiyyət kimi təqdim edən MTK-dır. Adı çəkilən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xətlərinə zərər vurulur. Hətta su xətlərinin dəfələrlə zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub.
Söküntünün qalıqlarını hər gün məktəbə gedib-gəldiyim yola və evimin qarşısına tökmüş, indi isə evimin qarşısını heç bir haqları və əsasları olmadan taxta konstruksiya ilə hasarlayıblar. 27 Yanvar 2024 tarixində evimin qarşısında qanunsuz hasarlama üçün dirəklərin basdırılmasına etirazımı bildirdikdə isə "Hara istəyirsən, şikayət et!"- dedilər. Taxta hasarlar tezalışan təhlükə mənbəyi olmaqla yanaşı qapalı, kimsəsiz bir yerdə yaşamaqdan, şirkət tərəfindən ailəmə, evimə qarşı hər hansı bir təhlükənin, təxribatın törədiləcəyindən narahatam. Mərkəzi yola çıxmaq üçün istifadə etdiyimiz piyada yolunu bağlayıb, öz məqsədləri üçün maşın yolunu açıq saxlayıblar. Öz evimizdə rahat yaşamağa bilərəkdən maneçilik yaradılır.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin normal şəraitdə, sağlam ətraf mühitdə yaşamaq hüququ var. Adı çəkilən (Marbel Construction) MTK bizi normal yaşamaq hüququmuzdan məhrum edir.
Yeni Azərbaycan Partiyasının üzvü olaraq hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə "işgüzar" sahibkarlar öz qeyri-qanuni hərəkətləri ilə dövlət başçısının nüfuzuna, apardığı siyasətə əks mövqe tutaraq, vətəndaşların sosial rifahına, firavanlığına xələl gətirirlər.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısını almaq üçün demokratik Azərbaycan Respublikasının vətəndaşı, bir müəllim, bir ana, bir qadın olaraq bununla bağlı müvafiq qəti tədbirlərin tərəfinizdən görülməyini xahiş edir, evimin hasarlanaraq blokada şəraitinə salınmasının qarşısının alınması üçün sizə müraciət edirəm.
Heydər OĞUZ - ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
|