Təzə də bəhanə tapılıb: evlər qəzalıymış... - ÖZBAŞINALIQ!
Tarix: 20-02-2024, 08:25 | Çap et
Paytaxtın Yasamal rayonunun “Kubinka” kimi tanınan ərazisində bir ildən çoxdur ciddi söküntü işləri aparılır. Söküntü işləri başa çatandan sonra burada çox mərtəbəli yaşayış binaları tikiləcək. Bundan başqa, ərazidə məktəb, park və stadion salınması da planlaşdırılır. Prosesdə bir neçə şirkətin adı hallanır. İşlər heç də qaydasında getmir. Sakinlər çox pis şərtlərlə üz-üzə qaldıqlarını deyirlər. diaaz.space xəbər verir ki, Əlibaba Abdullayev küçəsində evləri hasara alıblar. Söküntünü “RR Construction” şirkəti həyata keçirir. Sökülən evlərin yerində “İmperial Rezidence” salınacaq. Sakinlər şərtlərlə razı deyil. Evlərini tərk etməyənlər söküntü işlərini aparanların yaşayış yerlərini bilərəkdən zədələdiyini dilə gətirir.
Sakinlərdən Sevinc Rəhimova deyir ki, işıq tez-tez kəsilir, qaz boruları sıradan çıxarılıb. Arif Əliyev söküntü həyata keçirən şirkətin ərazidə qəzalı evlərin çox olmasını bəhanə gətirdiyini bildirir: “Qəzalı ev varsa da, çox azdır. Həmin evlərin sakinləri hamıdan əvvəl gediblər. Amma qalan evləri belə zədələmək olmaz axı”.
Təzəgül Həsənovanın yaşadığı evi məhz söküntü aparanlar zədələyiblər. Damda yaranan boşluqdan səmanı görmək olur.
“RR Construction”un şərtləri belədir ki, sakinlər evlərini tərk etsin, kirayə mənzillərdə yerləşsinlər. Bina hazır olandan sonra yeni mənzillərə köçə bilərlər. Sakinlər şirkətin vədlərinə inanmır. Deyirlər ki, şirkətin əməkdaşlarından biri rəhbərliyin vədlərinə inanmamağı tövsiyə edib. Buna görə də ümumi etimadsızlıq yaranıb. Sakinlər hesab edir ki, evlərini tərk edib kirayəyə üz tutmaq böyük riskdir. Yəni sonradan yeni mənzillərə qovuşmaya bilərlər.
“RR Construction”un rəhbəri Rafael Abdullayev deyir ki, sakinlərə bazar qiymətinə uyğun təklif verilib. Söhbət hər kvadratmetrə 2 min manat təklif olunmasından gedir. Rafael Abdullayev iddia edir ki, heç kimin evi zədələnməyib.
Əlibəy Hüseynzadə küçəsində də bənzər situasiyadır. Söküntü işləri səliqəsiz aparılır. Evlərini tərk etməyənlər bundan zərər görür. Təklif olunan məbləğ çox aşağıdır. Söküntü işləri aparan şirkət evin hər kvadratmetrinə görə 1900 manat verə biləcəyini deyir.
“Kubinka” ərazisi şəhərin mərkəz yerlərindən sayılır. Şirkətlər sakinlərə qəpik-quruş təklif edir. “Kubinka”nın Qış parkına uzanan küçələrində yeni binalar salınıb, təmirsiz mənzillərin kvadratmetri 2700 manatdan aşağı satılmır. İnsanlar illərlə şəhərin mərkəzində yaşayıblar. İndi onları isti ocaqlarından çıxarıb qeyri-müəyyən vəziyyətə salırlar.
Kvadratmetrə görə ödənilən 1900-2000 manata harada mənzil almaq olar? Hansı bazar qiymətindən söhbət gedir? İnsanların mülkiyyət hüququna bu qədər hörmətsizlik etmək olmaz.
Təzə bəhanə də tapılıb: evlər qəzalıymış. Sakinlərin evlərini dəyərsiz etmək cəhdindən başqa bir şey deyil.
Birincisi, insanları narazı salmadan, evlərini zədələmədən köçürmək lazımdır. İkincisi, həm də ən vacibi onları maddi müstəvidə razı salmaqdır. Təkliflər çox aşağıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
|