Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

OQTAY ŞİRƏLİYEVİN KORRUPSİYA DİAQNOZU
Tarix: 16-09-2011, 16:16 | Çap et
OQTAY ŞİRƏLİYEVİN KORRUPSİYA DİAQNOZU

DİAQNOSTİKA MƏRKƏZLƏRİNİN SƏHİYYƏ NAZİRLİYİNƏ VERİLMƏSİNİN ARXASINDA NƏLƏR DURUR?

DİA.AZ: - Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan qeyri-neft sahəsinə aid təsərrüfatların qurumdan alınacağı barədə rəsmi məlumat yayılıb. Qeyri-rəsmi, özəl kanallardan əldə edilən məlumatlara görə isə ARDNŞ prezidenti Rövnəq Abdullayev ciddi-cəhdlə bu qərarın icrasının qarşısını almağa çalışır. Amma onun bütün çabalarına baxmayaraq, qərarın tezliklə icra olunması barədə ARDNŞ rəhbərliyinə göstəriş verilib və Rövnəq Abdullayev sonda geri çəkilmək zorunda qalıb.

İlk olaraq ARDNŞ-in balansında olan Diaqnostika mərkəzləri, səhiyyə ocaqları və mədəniyyət evlərinin müvafiq nazirliklərə verilməsinə başlanılacaq. “Dünya” İnformasiya Agentliyinə (diaaz.space) daxil olan məlumatlara görə, səhiyyə naziri Oqtay Şirəliyevlə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev uzun müddət imiş ki, bu təsərrüfatları öz nəzarətlərinə keçirməyə çalışıblar. Lakin Rövnəq Abdullayev buna imkan verməyib. Nəhayət, məsələyə Paşayevlər müdaxilə edib, Rövnəq Abdullayevə tapşırılıb ki, ARDNŞ-in balansında olan qeyri-neft sahəsinə aid təsərrüfatlardan imtina etməlidir. Bu dəfə ARDNŞ prezidenti etiraz edə bilməyib. Onu da diqqətə çatdıraq ki, həm səhiyyə naziri Oqtay Şirəliyev, həm də mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Paşayevlərə yaxın şəxslərdir.

Məsələ ətrafında ən maraqlı məqam Diaqnostika Mərkəzləri ilə bağlıdır. Çünki bu mərkəzlərin hər birinin açılışında dövlət başçısı şəxsən iştirak etmiş və onların əhəmiyyətindən danışmışdır. Bu gün bölgələrdə səhiyyənin, xüsusilə də rayon xəstəxanalarının durumu ən yüksək səviyyədə dövlət məmurlarına da bəlli olduğundan Diaqnostika Mərkəzləri xüsusi önəmə malikdir. Hətta bu günlərdə Şamaxıda səfərdə olarkən İlham Əliyev Diaqnostika Məkəzlərində əhəmiyyətindən danışaraq bu səhiyyə ocaqlarında vətəndaşlara pulsuz xidmət göstərildiyini xüsusi vurğulamışdır. Doğurdan da ARDNŞ neft gəlirləri hesabına Diaqnostika Mərkəzlərindəki real durum Səhiyyə Nazirliyinin digər obyektlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Ən azından bu mərkəzlərin texniki avadanlıqları və burda çalışan tibb işçilərinin əmək haqlarındakı fərq hər şeyi ortaya qoyur. Amma məsələ yalnız maddi vəsaitlə bağlı deyil. Səhiyyə nazirliyinə də büdcədən kifayət qədər pul ayrılır.

Büdcədən talanan milyonlar səhiyyə aysberqinin arxa tərəfindədir. Ölkə səhiyyəsinin indiki durumundan danışarkən ilk növbədə elə bu məqama diqqət yetirmək vacibdir. 2010-cu il üzrə səhiyyə büdcəsinin təhlilini aparmaq büdcə ili hələ başa çatmadığından imkanlarımız xaricindədir. Buna görə də tək ötən ilin səhiyyə xərcləri, həmçinin qəbul olunmuş səhiyyə proqramları, ən çox vəsait xərclənən proqramların həyata keçirilməsi şəraiti ilə bağlı bəzi məqamları şərh etməyə çalışacağıq.

Beləliklə, keçək rəqəmlərə. 2010-cu ilin səhiyyə büdcəsi iyun ayında dövlət büdcəsinə edilən əlavə və dəyişikliklərə qədər 480 milyon manat civarında idi. Əlavə və dəyişikliklər zamanı səhiyyə xərcləri daha 10 milyon artırılaraq 490 milyon manata çatdırıldı. Ortada küllü miqdarda vəsaitin dövrüyyəsindən söhbət gedir. Belə olan halda maraqlı bir sual ortaya çıxır. Əgər 2003-cü illə müqayisədə səhiyə sisteminə ayrılan dövlət vəsaitinin miqdarı 8 dəfə artıbsa, nədən əcaba, bu nazirliyin tabeliyində olan dövlət tibb müəssisələrinə müraciət edən xəstələr, adi ölkə vətəndaşları bunu hiss etmirlər? Xəstəxanalarda rüşvətxorluq halları, xəstələrə biganə münasibət nə ilə bağlıdır? Bütün bu kimi sualların isə bir cavabı var: Səhiyyə pulları mənimsənilir.

Yəqin hər kəsin yadındadır, Əli İnsanov nazir vəzifəsindən çıxarılıb həbs olunduqdan sonra səhiyyədə köklü islahatların aparıldığı görüntüsü yaradıldı, bir çox bölgələrdə yeni tibb ocaqları istifadəyə verildi, əslən Qərbi Azərbaycandan olan həkimlər keçmiş nazirin kadrı kimi vəzifəsindən uzaqlaşdırıldı. Yaddaqalan ən böyük yeniliklərdən biri isə dövlət xəstəxanalarında pullu xidmətin ləğvi oldu. Əslində isə bütün bunlar heç nəyi dəyişmədi, yəni səhiyyənin başlıca problemi olan rüşvətə son qoyulmadı.

Yeri gəlmişkən, nazir Oqtay Şirəliyev də keçirdiyi mətbuat konfranslarının birində artıq səhiyyə sistemində korrupsiyanın olmadığını, rüşvətə qarşı mübarizənin gücləndirildiyini vurğulamışdı. Mübarizənin hansı formada aparıldığını demək çətin olsa da, görünən budur ki, bu gün dövlət xəstəxanaları daha çox bazarı xatırladır. Həmişə olduğu kimi yenə də həkimlər əməllərini ört-basdır etmək üçün problemi məvacibin azlığında görürlər. Özü də bu »bazarlıq» çox açıq formada, heç kimdən çəkinmədən aparılır. İndi nəinki köhnə »ənənəyə» sadiq qalınaraq həkimlərə »hörmət» edilir, eyni zamanla labarator müayinə və analizlər üçün də standartlaşdırılmış məbləğdə pul ödənilməsi tələb olunur. Bu məsələdə dövlət xəstəxanaları ilə özəl müəssisələr arasında heç bir fərq yoxdur. Əksinə, özəl klinikalarda vəsaitin bir qismi dövlət büdcəsinə getdiyi halda dövlət xəstəxanalarında xərclənən pullar kimlərinsə cibini doldurur. Bir sözlə vətəndaşın vergisiylə maliyələşən səhiyyə sistei elə həmin vətəndaşın cibindən də xeyli miqdarda pul »oğurlayır». Diaqnostika Mərkəzlərinin də Səhiyyə nazirliyinin tabeçiliyinə verilməsi bu oğurluğun miqyasının artırılmasından başqa bir şey deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru