![BAKIDA İRAN VƏTƏNDAŞINI DÖYDÜLƏR BAKIDA İRAN VƏTƏNDAŞINI DÖYDÜLƏR](/uploads/posts/2012-09/1348204559_dava.jpg)
MİRZƏYİNİ ÖZ DÜKANINDA VURUBLAR
Bakıda İran vətəndaşı döyülüb.
Səbail rayon Polis Şöbəsindən Trend-ə bildirilib ki, 1972-ci il təvəllüdlü İran vətəndaşı Mirzəyi Məhəmməd 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, o, özünə məxsus mağazada 1992-ci il təvəllüdlü Hüseynov Fərid tərəfindən döyülüb. İlkin məlumata görə, döyülmə mübahisə zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.