Gecə və səhər bəzi yollar buz bağlayacaq .....                     Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi .....                     İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? .....                     "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" .....                     Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir .....                     “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək .....                     "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox .....                     Politoloq Zaur Məmmədova yeni vəzifə verildi .....                     Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi .....                     1 milyonluq "qanpulu işi"ndə gərginlik .....                     Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır .....                     Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir .....                     Nazirlik 200 min manatlıq gül alır .....                     USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq .....                     Xalq artisti 10 min manat maaş alacaq? .....                     Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ .....                     Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? .....                     44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... .....                     Biz istəyirik, referendum olsun, lakin... .....                     Mədəniyyətimizin dərdinə yanırlarmış... .....                     “Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer .....                     Jurnalist mətbuat katibi təyin olundu .....                     Rublun bahalaşması davam edə bilər? .....                     "Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir" .....                     “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” .....                     Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                     Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                     “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu .....                     Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır .....                     Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi .....                     USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq .....                     Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb .....                 

Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Tarix: Bu gün, 10:25 | Çap et
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı...
Rusiya Federasiyası Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin MDB Ölkələri İnstitutunun “Lazarev klubu” ilə birgə Moskvada təşkil etdiyi dəyirmi masada Azərbaycanın əleyhinə tarixi saxtalaşdıran, heç bir sərhəd tanımadan yalan və böhtanlar üzərində qurulmuş çıxış edib.

Zatulin hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı ağzına gələni danışıb və “ermənidən daha artıq erməniliklə” Ermənistana yalaqlanmağa davam edib.

“Yalaqlanmaq” ifadəsini təsadüfən seçmədik: çünki 3 ildir Zatulinin Ermənistana girişi qadağan olunub və bu şəxs qara siyahıya salınıb. Ermənilərə hər zaman xidmət etdiyini uca səslə bağıran Zatulin bu qadağanın səbəbini "anlamasa" da, İrəvana, xüsusilə “Lazarev klubu”nun təşkil etdiyi tədbirə gələ bilməməsindən dərin məyusluq keçirirdi – hər necə olsa, siyasi görəvlə birgə, erməni diasporunun ona buraxdığı “mayanı” doğrultmağa çalışırdı. Əslində bu maliyyənin kəsiləcəyindən narahat idi.

İndi isə Zatulin önündə “geniş perspektiv” görür: həm erməni diasporu kisənin ağzını açıb, həm "Lazerev klubu"nun tədbirinə "canlı" qatıla bilib (qadağa səbəbindən İrəvandakı tədbirlərə "onlayn" qoşulurdu), həm də AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasından sonra yaşananlar fonunda Azərbaycana qarşı "nələrə qadir olduğunu" göstərmək fürsəti qazanıb.

Amma Konstantin Zatulin elə saxta, yalan və böhtanlar yağdırıb ki, həddi keçdiyindən, öz-özünü dolaşdırıb.

O, “Qarabağ rəhbərliyi”nin mühakimə olunmasını həm “şəxsi revanş”, həm də “repressiya” adlandırıb.

Birincisi, repressiya – dövlət aparatının vətəndaşa qarşı ayrı-seçkilik, məhkəmədənkənar zorakılığı, insan hüquqlarını məhdudlaşdırması, siyasi fəalların, dissidentlərin və ya ümumi əhalinin məhkəmədənkənar cəzalandırılması kimi məzmunları əhatə edir. Zatulin “repressiya” ifadəsi ilə bu mühakimənin dövlətdaxili iş olduğunu qəbul edirsə, onları niyə “dqr” rəhbərləri kimi təqdim edir?

İkincisi, repressiya – məhkəmədənkənar prosesdir: Hərbi cinayətlərdə ittiham olunan erməni əsilli şəxslərin isə açıq məhkəmə iclasları keçirilir, onlara xarici ölkədən milyonlarla dollar hesabına vəkil tutulmasına da şərait yaradılıb, saxlanma şəraitlərindən bir dəfə də olsun narazılıq etməyiblər, bütün hüquqları təmin edilir və Qırmızı Xaç vaxtaşırı olaraq onları yoluxur.

Repressiya – heç bir telefon zənginə icazə verilməyən, "yoxa" çıxarılan, türmədə qətlə yetirilən Aleksey Navalnı olayıdır; Moskvada, Kremlin yanındaca qətlə yetirilən Boris Nemtsovdur, Londonda öldürülən Litvinenkodur, zəhərlənən Skripaldır və s.

Yeri gəlmişkən, Boris Nemtsovun qətlinin sabah ildönümüdür – yəqin Zatulin təhtəlşüuri olaraq bu məqamdan "təsirlənib"!

Zatulin erməni yalına o qədər aludə olub ki, ittiham olunan şəxslər haqda deyib: “Sözügedən şəxslərin hamısı Minsk Qrupu çərçivəsində ümumi dinc tənzimlənmə prosesində uzun illər ərzində Azərbaycan rəhbərliyinin danışıqlarda tərəfdaşı olub”.

Bu, Zatulinin özü üçün belə həddən artıq ağ yalandır: Minsk Qrupu çərçivəsində danışıqlarda Azərbaycan rəhbərliyi Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyanlamı “danışıqlar” aparıb? Azərbaycan rəhbərliyi yalnız və yalnız münaqişənin tərəfi kimi Ermənistan rəhbərliyi ilə görüş keçirməyibmi? Bu məlum və hər kəsə bəlli həqiqəti həyasızcasına, insanların gözünə baxa-baxa təhrif edib uydurmaq üçün erməni yalından, deyəsən, çox yallanıb Zatulin!

Zatulin daha sonra “erməni tarixçisinə” çevrilir, uydurulan “erməni tarixindən” bəhs edir və erməniləri Qafqazın ən qədim xalqı adlandırır! “Azərbaycanlılar ermənilərlə birlikdə yaşayıblar, ancaq ermənilərdən öncə deyil” deyir; "Dağlıq Qarabağın tarixi və mədəniyyətinə aid bu və digər abidələr azərbaycanlıların nəinki bu ərazidə mövcud olmadığı, heç bir millət kimi də mövcud olmadığı dövrə aiddir" söyləyir; Alban abidələrinin bərpasından narahat olur, guya bunlar erməni abidələri imiş.

Yəqin Zatulin öz tarixçilərini və Türkmənçay müqaviləsini “oxumayıb”; ermənilərin bura necə köçürülüb gətirilməsindən, 1834-cü ildə çar fərmanı ilə Alban abidələrinin haylara necə ərmağan edilməsindən “xəbərsizdir”.

Əlbəttə, Zatulinin – son 2-3 ildə Ermənistana qarşı belə çıxışları ilə “seçilən” bu dəyişkən, sürüşkən və yalnız yala işləyən “zat”ın sözlərinə əhəmiyyət verməmək olardı. Lakin onun hərbi cinayətlərdə ittiham olunanlar və Bakıda məhkəməsi keçirilənlər haqqında çıxışa başlayarkən “Biz Rusiyada - mən Rusiya Dövlət Dumasının deputatıyam - buna necə yanaşmalıyıq? Təbii ki, repressiya kimi” sözləri ciddi siqnaldır.

Zatulin kimin adından danışır?

O, yalnız öz adından deyil – Dövlət Dumasının deputatı olduğunu vurğulamaqla, müəyyən statuslu şəxs kimi, eyni zamanda Rusiya deputatları və az qala Duma adından danışır.

Ona bu səlahiyyəti Dövlət Duması verməyibsə, mütləq Vyaçeslav Volodinin reaksiyası olmalıdır.

Hansısa bir azərbaycanlı jurnalistin iddialarından “narahat olan” Rusiya öz deputatı, Dumada komitə sədrinin birinci müavini, bu səlahiyyətlərdə də qalmayıb, Duma adından danışmağa cəsarət edən Zatulinin sözlərinə necə yanaşır?

Bu, dövlət siyasətidir, yoxsa Zatulinin Moskvaın mərkəzində erməni yalının təsirindən çıldırmağı?

Bu suala Dövlət Duması rəsmi aydınlıq gətirməlidir!

Şeyx Teymur,
Axar.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir - "The Economist"
Bu gün, 11:54
Nazirlik 200 min manatlıq gül alır
Bu gün, 11:53
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq - “Politico”
Bu gün, 11:48
Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
Bu gün, 11:42
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ - DİQQƏT
Bu gün, 11:31
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? - Cəzasızlıqdır deyə...
Bu gün, 11:28
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Biz istəyirik, referendum olsun, lakin... - Natiq Cəfərli
Bu gün, 11:13
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru