Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakıdan Pezeşkiana siqnal göndərildi
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakıdan Pezeşkiana siqnal göndərildi

Bakıdan Pezeşkiana siqnal göndərildi


Bu gün, 12:11
Bakıdan Pezeşkiana siqnal göndərildi
“Azərbaycan hər zaman İranla dost, qonşuluq münasibətlərinin qorunub saxlanılmasına çalışıb. Prezidentin köməkçisi Hikmət Hacıyevin Tehrana səfəri də buna növbəti nümunədir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət dinamika ilə bağlı Globalinfo.az-a danışarkən deyib.

O bildirib ki, Azərbaycan hər zaman İrana dost əlini uzadıb:

“Ölkəmiz İranın regional platformalarda iştirakında maraqlıdır. Təəssüf ki, biz İrandan vaxtaşırı ölkəmizə qarşı qərəzli açıqlamaların şahidi oluruq. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi hər zaman İrana sülhpərvər niyyətini göstərib”.

Politoloq qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə dəvət edilməsi iki ölkə arasında münasibətlərin inkişafına töfhə ola bilər:

“İran tərəfinin səfərə necə reaksiya göstərəcəyi mühümdür. Belə ki, bu ölkədə Azərbaycana qarşı mənfi münasibətlər bəsləyən qüvvələr var. Onlar iki ölkə arasında münasibətlərin pisləşməsini istəyirlər. Lakin Pezeşkianın səfəri mövcud gərginliyin səngiməsi baxımdan çox mühüm faktor olar”.

Geri qayıt