Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olunduBu gün, 16:42 |
Ağdaş rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticəsi ləğv olunub. Tribunainfo.az xəbər verir ki, buna səbəb Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərar olub. Rəsmi qaynaqlarda bildirilir ki, tender Ağdaş rayon küçələrində bir sıra işlərin görülməsini əhatə edəcəkmiş. Hətta İcra Hakimiyyəti bunun üçün 569.641,80 manatlıq müqavilə bağlamağa da razılaşıb. Amma Dövlət Xidmətinin qərarı ilə qanunun bəzi tələblərinin pozulması əsas tutularaq, müsabiqəyə yekun vurulub. Qeyd edək ki, Ağdaşın icra başçısı Orxan Hüseynzadədir. O, bu vəzifəyə ötən ilin noyabrında təyin olunub. Vəzifə təyinatı aldıqdan sonra isə ilk dəfə tenderə qatılmaq qərarı verib. Və nəticədə “siftəsi kor gəlib”. Bu əsnada onu da bildirək ki, Ağdaş Rayon İcra Hakimiyyətinin rəsmi saytında bu rayonun icra başçısı olaraq Orxan Hüseynzadə olmadığı qeyd edilib. Çünki saytda Tofiq ibrahimovun hələ də Ağdaşa rəhbərlik etdiyi qeyd edilib. Geri qayıt |