Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib

BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib


Bu gün, 13:04
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib
“Azerbaijan İnternational Telecom” (AzİnTelecom) 2024-cü ildə bir xeyli tenderi keçirib. Tribunainfo.az bununla bağlı geniş bir aşadırma aparıb və məlum olub ki, ötən il üçün qurumun keçirdiyi tenderlərin sayı 32 olub.
Bu tenderlər üzrə bağlanan müqavilələrin ümumi dəyəri isə 35 923 810 manat təşkil edib.
Qeyd edək ki, “Azerbaijan İnternational Telecom” (AzİnTelecom) bu vəsiatləri bir çox məqsədlərə, o cümlədən mövcud şəbəkənin genişləndirilməsi, hökumət buludunun yaradılması və digər məqsədlərə xərcləyib.
Bildirək ki, sözügedən dövlət qurumu bir çox şirkətlərlər tender müqavilələri bağlayıb. Lakin ən böyük tender layihələrini isə konkret şirkətlərlə reallaşdırıb. Məsələn, ötən il “Azerbaijan İnternational Telecom” (AzİnTelecom) “BESTCOMP GROUP” QSC ilə toplam üç tender sazişi bağlasa da, bu müsabiqələrin dəyərləri heç də kiçik olmayıb. Belə ki, “BESTCOMP GROUP” QSC-yə verilən tenderlərin ümumi dəyəri 13 milyon 481 min 973 manat təşkil edib ki, bu da ümumi xərclənən vəsaitin 37.5 faizi deməkdir.
“Azerbaijan İnternational Telecom”un (AzİnTelecom) ikincio ən böyük partnyoru isə SMTS MMC-dir. Bu şirkətlər ötən il bağlanan müqavilənin sayı bir olsa da, 6.348.960,77 manat təşkil edib. Yəni, ümumi xərclənən pulun təzminən 17-18 faizi həddində.
Buradan belə başa düşülür ki, dövlət qurumu təkcə 4 tender üzrə ümimui məbləğin 60 faizə yaxınını iki şirkətə verib.
Bu araşdırmadan belə çıxır ki, “Azerbaijan İnternational Telecom” illik tenderinin əsas payını məhz bu iki şirkətə verir. Digərlərinə verilən tenderlər isə gözdən pərdə asmaq və diqqəti yayındırmaqdır ki, guya, sözügedən iki şirkətdən başqa digərləri də prosesdə var.
Amma bu aradşrımalar zamanı bir məqam da xüsusi diqqət çəkib. Tribunainfo.az xəbər verir ki, “Azerbaijan İnternational Telecom” ötən il iki tender keçirib ki, onun qaliblərinin adı açıqlanmayıb. Onlardan biri 10.06.2024-ci il, digər isə 01.05.2024-ci il tarixlərində baş tutub. Rəsmçi qaynaqda qerryd edilir ki, ötən ilin yayında reallaşmış tenderin məqsədi “Mövcud HSM sisteminin genişləndirilməsi məqsədi ilə avadanlıqların və lisenziyaların satın alınması” olub. Dəyəri 170.100 manat olan bui müsabiqənin qalibi məlum deyil. Heç rəqmio qaynaqda da qeyd olunmayıb.
Analoji hal ötən ilin mayında baş verib. Yenə şirkətin adı məlum olmasa da, “Mövcud şəbəkənin genişləndirməsi üçün avadanlıqların satın alınması” adı ilə 100.700 manat vəsait ayrıldığı və müqavilə imzalandığı qeyd edilib.
Bunun niyə baş verdiyi, şirkətlərin adının niyə açıqlanmadığının səbəbi bizə məlum olmasa da, “Azerbaijan İnternational Telecom”a məlumdur.

Geri qayıt