Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı

Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı


Bu gün, 06:31
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı
Türkiyə ilə Ermənistan arasında danışıqlar vaxtaşırı gündəmə gəlir. Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri zamanı Türkiyə ilə bu günə qədər rast gəlinməyən aktiv dialoqun aparıldığını deyib.

Onun bu bəyanatı diqqət çəkir. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın hakimiyyətdə olduğu illərdə Ankara və İrəvan arasında daha sıx dialoq qurulub.

İddialara görə, 2008-də Ankara İrəvanla Azərbaycandan gizli və Bakının mənafeyinə uyğun gəlməyən formatda danışıq aparıb, yaxınlaşmaq istəyib. Həmin vaxt isə bunu hakimiyyətdə üstünlük təşkil edən FETÖ-çuların etdiyi iddiaları var.

Danışıqlar Vaşinqtonun və Brüsselin nəzarətində gedirdi. Sonradan bu danışıqlar rəsmiləşdirildi. Tarixə “Sürix protokolları” kimi düşdü. Məqsəd Ermənistan-Türkiyə sərhədinin açılmasına nail olmaq idi.

Xatırladaq ki, Türkiyə Ermənistanla siyasi-diplomatik əlaqələri 1993-cü ilin aprel ayından dayandırıb. Erməni hərbi birləşmələrinin Kəlbəcəri işğal etməsindən sonra Ankara İrəvanla bütün növ münasibətlərə son verdi, sərhədləri bağladı.

İndi də Ermənistanla Türkiyə arasında intensiv danışıqların getdiyi, hətta bunun bəzi hallarda gizli aparıldığı bildirilir.

Hazırkı proseslər Bakının nəzarətindədir? Danışıqlar haqda Azərbaycan məlumatlıdırmı? 2008-2009 böhranı təkrarlana bilər?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Türkiyə-Ermənistan münasibətləri çoxtərəfli geosiyasi hadisədir:

“Burada həm də Türkiyə-Azərbaycan, Ermənistan-Azərbaycan, Türkiyə-İran, Azərbaycan-İran hər iki ölkənin Rusiya ilə, Britaniya və ABŞ-ın Türkiyə, Ermənistanla münasibətləri var. Çoxşaxəli siyasi oyundur. 2008-ci ildə Türkiyəyə çox böyük təzyiq var idi. Həddindən artıq iqtisadi, siyasi təzyiq altında olan rəsmi Ankara Ermənistanla intensiv danışıqlar aparmağa və sərhədləri açmağa məcbur olmuşdu. Futbol oyunu, dostluq görüşü, soyqırımın tanınması və s. ilə bağlı da müzakirələr gedirdi.

Həmin dövrdə hakimiyyətdə olan məlum qruplaşmanın da burada xüsusi rolu var idi. Ermənistanla münasibətləri normallaşdırmağa çalışırdılar. Bunun da iki səbəbi var idi. Birincisi, həmin qruplaşma ABŞ-la çox yaxın əlaqələrə malik idi. Bir sıra hallarda rəsmi Vaşinqtonun göstərişlərini birbaşa yerinə yetirirdilər. Obama administrasiyası Ermənistanla sərhədlərin qeyd-şərtsiz açılmasını istəyirdi.

İkincisi, həmin şəxslərin daxil olduğu qruplaşmaların Ermənistanla xüsusi əlaqələri var. Azərbaycanın sərt mövqeyi, Türkiyənin o vaxt baş naziri olan Rəcəb Tayyib Ərdoğanın hadisəyə müdaxiləsi prosesin qarşısını aldı”.

Politoloqun sözlərinə görə, hazırda Ermənistan və Türkiyə arasında danışıqlar gedir və bunu açıq-aşkar etiraf edirlər:

“Türkiyə də bunu gizlətmir. Ermənistan Baş naziri Nikol Paşinyan açıq şəkildə etiraf edib ki, iki ölkə arasındakı danışıqlar özünün ən pik dövrünü yaşayır. Görünür, yaxın təmaslar var. Bu məsələdə Azərbaycanla koordinasiyanın olması ehtimalı da yüksəkdir. Çünki Türkiyə dəfələrlə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından sonra rəsmi Ankara və İrəvan arasında sərhədlərin açılması mümkün olacaq. Rəsmi Bakının maraqları nəzərə alınmadan yaxınlaşma olarsa, Türkiyə və Azərbaycan münasibətlərində soyuqluq yarada bilər”.
Geri qayıt